Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bütün ölkələr Dağıstan-Azərbaycan-İran marşrutunun çəkilməsinə razıdırlar - Putin

© Sputnik / POOL / Mediabanka keçidVladimir Putin, arxiv şəkli
Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.03.2023
Abunə olmaq
Rusiya prezidenti bildirib ki, yaranan geosiyasi ziddiyyətlərin mürəkkəbliyinə baxmayaraq, hamı buna razıdır.
BAKI, 16 mart — Sputnik. Geosiyasi mürəkkəbliyə baxmayaraq, bütün ölkələr Dağıstan-Azərbaycan-İran marşrutunun tikintisinə razıdırlar. Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

"Bölgə ölkələri mövcud siyasi vəziyyətin və onlar arasında olan geosiyasi ziddiyyətlərin mürəkkəbliyinə baxmayaraq, hamı buna razıdır. Hamı razıdır ki, bu marşrutun (Dağıstan-Azərbaycan-İran) qurulması vacibdir", - Putin bildirib.

O, həmçinin əlavə edib ki, indi yalnız marşrutun tikintisinin nə qədər sürətlə aparılacağını, yekun maliyyə mənbələrinin nədən ibarət olduğunu müyyənləşdirmək lazımdır.
"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin təməli qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub.
Ümumilikdə 13 ölkə sözügedən Sazişi ratifikasiya edib (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Ermənistan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna).
Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0