Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

"Buta Airways" Bakıdan Volqoqrada uçuşlara başlayır

© Photo : Buta AirwaysButa Airways
Buta Airways - Sputnik Azərbaycan, 1920, 16.03.2023
Abunə olmaq
"Buta Airways"dan verilən məlumata görə, martın 18-dən etibarən həftədə üç dəfə uçuşlar həyata keçiriləcək.
BAKI, 16 mart — Sputnik. "Azərbaycan Hava Yolları" QSC-nin tərkibinə daxil olan "Buta Airways" aşağıbüdcəli aviaşirkəti uçuş proqramının inkişafı çərçivəsində marşrut şəbəkəsində Bakıdan Volqoqrad şəhərinə yeni istiqamət açır.
"Buta Airways"dən verilən məlumata görə, martın 18-dən etibarən həftədə üç dəfə uçuşlar həyata keçiriləcək. Uçuşlar Bakıdan həftənin çərşənbə axşamı, cümə və şənbə günləri, Volqoqraddan isə çərşənbə, şənbə və bazar günləri həyata keçiriləcək.
Biletləri aviadaşıyıcının www.butaairways.az saytında ("Büdcə", "Standart" və "Super" tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərində (yalnız "Super" tarifi üzrə) əldə etmək mümkündür. Aviabiletləri "Buta Airways" mobil tətbiqi vasitəsilə də əldə etmək olar.
Bu reyslərə qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0