Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda bu küçə və prospektlərdə sürət həddinin endirilməsi təklif olundu - Cədvəl

© Sputnik / Sergey Venyavsky / Mediabanka keçidNişan
Nişan - Sputnik Azərbaycan, 1920, 16.03.2023
Abunə olmaq
BNA İdarə heyyətinin sədri bildirib ki, bu, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb.
BAKI, 16 mart — Sputnik. Bakıda bəzi küçə və prospektlərdə sürət həddinin endirilməsi təklif edilib. Bakı Nəqliyyat Agnetliyinin (BNA) İdarə heyyətinin sədri Vüsal Kərimli Facebook* sosial şəbəkə hesabında məlumat yayaraq bildirib ki, statistikalar paytaxt ərazisində baş verən yol nəqliyyat hadisələrinin əsas səbəblərindən birinin də, yüksək sürət həddi olduğunu göstərir.
"Avtomobil yollarında icazə verilən sürət hədlərinin optimallaşdırılması Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. Bakı Nəqliyyat Agentliyi tərəfindən yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarəolunması məqsədilə 14 yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlanmış və Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılmışdır. Sözügedən yol sahələrində mərhələli şəkildə müvafiq yol nişanları quraşdırılacaq. Sürücülərimizin sürət hədlərinə riayət edəcəyinə inanırıq. Sizin təhlükəsizliyiniz bizim məsuliyyətimizdir", - deyə V.Kərimli paylaşımında bildirib.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0