Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova Rusiyanın "taxıl sazişi" ilə bağlı Qərbin bəyanatlarını ikiüzlülük adlandırıb

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidZaxarova
Zaxarova  - Sputnik Azərbaycan, 1920, 15.03.2023
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi ABŞ və Aİ-nin Rusiya kənd təsərrüfatı məhsullarının sanksiyalara məruz qalmaması ilə bağlı yalanlarını vurğulayıb.
BAKI, 15 mart — Sputnik. Qərbin, o cümlədən Vaşinqtonun və Avropa İttifaqının (Aİ) Moskvadakı nümayəndəliklərinin Rusiyanın “taxıl sazişi” ilə bağlı mövqeyinə dair bəyanatları "ikiüzlülük, qeyri-peşəkarlıq və real faktların tamamilə təhrif edilməsi" ilə təəccübləndirir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözləri Rusiya XİN-in saytında qeyd edilib.
Diplomat Rusiyanın kənd təsərrüfatı məhsullarının ABŞ və onun müttəfiqlərinin sanksiyalarına məruz qalmaması barədə deyilənlərin yalan olduğunu bildirib.
Onun sözlərinə görə, bunun əksini "Rosselxozbank"ın SWIFT-ə yenidən qoşulması, Rusiyaya kənd təsərrüfatı texnikası və ehtiyat hissələrinin tədarükünün bərpası, Rusiya gəmilərinin və yüklərinin sığortalanmasına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və gübrə tədarük edən şirkətlərin hesablarının açılması istiqamətində irəliləyişin olmaması da sübut edir.
"Bu sistemli problemlərin həllində konkret irəliləyiş olmadan qərblilərin sanksiyalardan humanitar istisnalara dair and içmələri, qlobal ərzaq təhlükəsizliyinə sadiqlik təminatları və BMT Baş katibinin səylərinə dəstək ifadə etmələri qəsdən hazırlanmış hiyləgərlikdir və açıq yalandan başqa bir şey deyil", - deyə Mariya Zaxarova fikrini yekunlaşdırıb.
"KP.RU" saytı bu yaxınlarda yazıb ki, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko "taxıl sazişi"nin 60 gün uzadıldığını və onun paket xarakterinin də təsdiqləndiyini bildirib. Onun sözlərinə görə, Moskva kənd təsərrüfatı məhsullarının dünya bazarlarında tədarükü üçün bütün maneələrin aradan qaldırılmasına çalışacaq və bu sahədə danışıqlar davam etdirilir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "taxıl sazişi"nin uzadılması qərarını Moskvanın xoşməramlı jesti adlandırıb və qeyd edib ki, sənədin müddəti 120 deyil, 60 gün uzadılıb, çünki bu sazişin ikinci hissəsi heç tamamlanmayıb.
Xəbər lenti
0