https://sputnik.az/20230315/rusiya-s-400-lerinin-ikinci-partiyasinin-turkiyeye-tedaruku-gecike-biler-452727718.html
Rusiya S-400-lərinin ikinci partiyasının Türkiyəyə tədarükü gecikə bilər
Rusiya S-400-lərinin ikinci partiyasının Türkiyəyə tədarükü gecikə bilər
Sputnik Azərbaycan
Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərinin ilk partiyasını alıb, lakin onun real imtiyazlar alacağı ikinci mərhələ hələ başlamayıb. 15.03.2023, Sputnik Azərbaycan
2023-03-15T16:53+0400
2023-03-15T16:53+0400
2023-03-15T16:53+0400
s-400
rusiya
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/18/425804780_0:0:3078:1731_1920x0_80_0_0_d5c374e9efa3236526f3ccffeaad898a.jpg
BAKI, 15 mart — Sputnik. Nigar Sədrəddinova. Rusiyanın S-400 zenit-raket komplekslərinin ikinci partiyasının Türkiyəyə tədarükü çox güman ki, Ankaranın kompleksin üçüncü ölkələrə satışının qadağan edilməsi ilə bağlı bəndinə etirazı səbəbindən gecikəcək. Bu barədə "Aydınlık" qəzeti mənbələrə istinadən məlumat yayıb. KİV-in məlumatına görə, bu bənd dünya hərbi-texniki əməkdaşlıq təcrübəsində adi haldır. "Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərinin ilk partiyasını alıb, lakin onun real imtiyazlar alacağı ikinci mərhələ hələ başlamayıb", - nəşrdə qeyd edilib. Rusiya və Türkiyə arasında 2017-ci ildə S-400 kompleksi üçün 2,5 milyard dollar dəyərində ilk müqavilə bağlanıb. Hazırda Ankaraya təqribi çatdırılma müddəti deyilmir. Moskva ilə Ankara arasında əməkdaşlığın digər təfərrüatları hələlik məlum deyil. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu yaxınlarda Türkiyənin Rusiyaya Ukraynada istifadə edə biləcəyi malları tədarük etdiyi barədə bəyanatları təkzib edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/18/425804780_240:0:2971:2048_1920x0_80_0_0_b8d238865bb00eca23146b0723bfc5d8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
s-400, türkiyə
Rusiya S-400-lərinin ikinci partiyasının Türkiyəyə tədarükü gecikə bilər
Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərinin ilk partiyasını alıb, lakin onun real imtiyazlar alacağı ikinci mərhələ hələ başlamayıb.
BAKI, 15 mart — Sputnik. Nigar Sədrəddinova. Rusiyanın S-400 zenit-raket komplekslərinin ikinci partiyasının Türkiyəyə tədarükü çox güman ki, Ankaranın kompleksin üçüncü ölkələrə satışının qadağan edilməsi ilə bağlı bəndinə etirazı səbəbindən gecikəcək.
Bu barədə "Aydınlık" qəzeti mənbələrə istinadən məlumat yayıb.
KİV-in məlumatına görə, bu bənd dünya hərbi-texniki əməkdaşlıq təcrübəsində adi haldır.
"Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərinin ilk partiyasını alıb, lakin onun real imtiyazlar alacağı ikinci mərhələ hələ başlamayıb", - nəşrdə qeyd edilib.
Rusiya və Türkiyə arasında 2017-ci ildə S-400 kompleksi üçün 2,5 milyard dollar dəyərində ilk müqavilə bağlanıb.
Hazırda Ankaraya təqribi çatdırılma müddəti deyilmir. Moskva ilə Ankara arasında əməkdaşlığın digər təfərrüatları hələlik məlum deyil.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu yaxınlarda Türkiyənin Rusiyaya Ukraynada istifadə edə biləcəyi malları tədarük etdiyi barədə bəyanatları təkzib edib.