https://sputnik.az/20230315/lavrov-suriyali-hemkari-ile-ereb-dunyasina-dair-planlari-muzakire-edib-452745364.html
Lavrov suriyalı həmkarı ilə "Ərəb dünyası"na dair planları müzakirə edib
Lavrov suriyalı həmkarı ilə "Ərəb dünyası"na dair planları müzakirə edib
Sputnik Azərbaycan
Görüş zamanı "ərəb dünyasında müsbət əhval-ruhiyyənin dəstəklənməsi"nin davam etdirilməsinin planlaşdırıldığı qeyd olunub. 15.03.2023, Sputnik Azərbaycan
2023-03-15T21:18+0400
2023-03-15T21:18+0400
2023-03-15T21:18+0400
sergey lavrov
rusiya
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
bəşər əsəd
suriya
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/17/449969379_0:0:2454:1381_1920x0_80_0_0_750796f1d6eb5486d4f59d99105ff6dc.jpg
BAKI, 15 mart — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov suriyalı həmkarı Faysal Mikdadla görüşündə Yaxın Şərqdəki münaqişələri müzakirə edib. Bu barədə Rusiya Nazirliyinin saytında məlumat verilib. Lavrov qeyd edib ki, Rusiya Suriyanın Ərəb Dövlətləri Liqasında hüquqlarının bərpası ilə bağlı regionda vəziyyətin necə dəyişdiyini görür. Onun sözlərinə görə, yaxın aylarda Rusiya Federasiyası və Ərəb Dövlətləri Liqasının nazirlər görüşü baş tuta bilər. Bu görüş zamanı "ərəb dünyasında müsbət əhval-ruhiyyənin dəstəklənməsi"nin davam etdirilməsi planlaşdırılır. Rusiya XİN rəhbəri əlavə edib ki, Moskva BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsaslanan razılaşmalarda israr edəcək. Onlar Suriyanın suverenliyinin, ərazi bütövlüyünün bərpasını və terror təhlükəsinin aradan qaldırılmasını nəzərdə tutur. Xatırladaq ki, bu gün Moskvada Rusiya prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşər Əsədi qəbul edib. Kremldə keçirilən danışıqlarda Putin bildirib ki, Rusiya və Suriyanın birgə səyləri sayəsində beynəlxalq terrorizmlə mübarizədə mühüm uğurlar əldə edilib.
https://sputnik.az/20230315/vladimir-putin-beser-esedi-qebul-edib--452751015.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/17/449969379_211:0:2342:1598_1920x0_80_0_0_16be4002991149f8db53e30e98f4a875.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
sergey lavrov, putin, rusiya prezidenti vladimir putin, vladimir putin, bəşər əsəd, suriya
sergey lavrov, putin, rusiya prezidenti vladimir putin, vladimir putin, bəşər əsəd, suriya
Lavrov suriyalı həmkarı ilə "Ərəb dünyası"na dair planları müzakirə edib
Görüş zamanı "ərəb dünyasında müsbət əhval-ruhiyyənin dəstəklənməsi"nin davam etdirilməsinin planlaşdırıldığı qeyd olunub.
BAKI, 15 mart — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov suriyalı həmkarı Faysal Mikdadla görüşündə Yaxın Şərqdəki münaqişələri müzakirə edib.
Bu barədə Rusiya Nazirliyinin saytında məlumat verilib.
Lavrov qeyd edib ki, Rusiya Suriyanın Ərəb Dövlətləri Liqasında hüquqlarının bərpası ilə bağlı regionda vəziyyətin necə dəyişdiyini görür. Onun sözlərinə görə, yaxın aylarda Rusiya Federasiyası və Ərəb Dövlətləri Liqasının nazirlər görüşü baş tuta bilər. Bu görüş zamanı "ərəb dünyasında müsbət əhval-ruhiyyənin dəstəklənməsi"nin davam etdirilməsi planlaşdırılır.
Rusiya XİN rəhbəri əlavə edib ki, Moskva BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsaslanan razılaşmalarda israr edəcək. Onlar Suriyanın suverenliyinin, ərazi bütövlüyünün bərpasını və terror təhlükəsinin aradan qaldırılmasını nəzərdə tutur.
Xatırladaq ki, bu gün Moskvada Rusiya prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşər Əsədi qəbul edib. Kremldə keçirilən danışıqlarda Putin bildirib ki, Rusiya və Suriyanın birgə səyləri sayəsində beynəlxalq terrorizmlə mübarizədə mühüm uğurlar əldə edilib.