https://sputnik.az/20230315/lavrov-cavusoglu-ile-taxil-sazisii-muzakire-edib-452745921.html
Lavrov Çavuşoğlu ilə "Taxıl sazişi"i müzakirə edib
Lavrov Çavuşoğlu ilə "Taxıl sazişi"i müzakirə edib
Sputnik Azərbaycan
Rusiya və Türkiyə XİN rəhbərləri arasında baş tutan telefon danışığında İstanbul "Taxıl sazişi" müzakirə olunub. 15.03.2023, Sputnik Azərbaycan
2023-03-15T19:31+0400
2023-03-15T19:31+0400
2023-03-15T19:31+0400
sergey lavrov
rusiya
bmt
türkiyə
mövlud çavuşoğlu
türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
https://cdnn1.img.sputnik.az/img/07e6/06/08/442689823_0:0:2348:1321_1920x0_80_0_0_84440fbafe7fe073aed249a146e23279.jpg
BAKI, 15 mart — Sputnik. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Bu barədə Türkiyə XİN-dən bildirilib. Danışıq zamanı İstanbul "Taxıl sazişi" və ikitərəfli əlaqələr müzakirə edilib. Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan "Taxıl sazişi" Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. İstanbuldakı Birgə Koordinasiya Mərkəzi gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir. Müqavilənin müddəti 2022-ci il noyabrın 18-də başa çatdı, lakin tərəflərdən hər hansı biri etiraz etməsə, 120 gündən 18 mart tarixinə qədər avtomatik uzadılmasını nəzərdə tuturdu. "Taxıl sazişi"nin özü paket sazişinin tərkib hissəsidir və digər şeylərlə yanaşı, Rusiyanın ərzaq və gübrə ixracının təmin edilməsini nəzərdə tutur. Moskva qeyd edib ki, məhz bu, həyata keçirilməyib. Eyni zamanda, BMT-dən məhdudiyyətlərin aradan qaldırılacağına dair təminatlar var idi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/08/442689823_141:0:2218:1558_1920x0_80_0_0_bf79a4b7fe75e9581fce6b275f773d7e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sergey lavrov, bmt, türkiyə, mövlud çavuşoğlu, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
sergey lavrov, bmt, türkiyə, mövlud çavuşoğlu, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
Lavrov Çavuşoğlu ilə "Taxıl sazişi"i müzakirə edib
Rusiya və Türkiyə XİN rəhbərləri arasında baş tutan telefon danışığında İstanbul "Taxıl sazişi" müzakirə olunub.
BAKI, 15 mart — Sputnik. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə Türkiyə XİN-dən bildirilib.
Danışıq zamanı İstanbul "Taxıl sazişi" və ikitərəfli əlaqələr müzakirə edilib.
Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan "Taxıl sazişi" Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.
İstanbuldakı Birgə Koordinasiya Mərkəzi gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir. Müqavilənin müddəti 2022-ci il noyabrın 18-də başa çatdı, lakin tərəflərdən hər hansı biri etiraz etməsə, 120 gündən 18 mart tarixinə qədər avtomatik uzadılmasını nəzərdə tuturdu.
"Taxıl sazişi"nin özü paket sazişinin tərkib hissəsidir və digər şeylərlə yanaşı, Rusiyanın ərzaq və gübrə ixracının təmin edilməsini nəzərdə tutur. Moskva qeyd edib ki, məhz bu, həyata keçirilməyib. Eyni zamanda, BMT-dən məhdudiyyətlərin aradan qaldırılacağına dair təminatlar var idi.