https://sputnik.az/20230314/rusiya-gubre-ixracina-qoyulan-mehdudiyyetlerin-aradan-qaldirilmasina-umid-edir--xn-452692224.html
Rusiya gübrə ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına ümid edir – XİN
Rusiya gübrə ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına ümid edir – XİN
Sputnik Azərbaycan
Aleksandr Qruşko vurğulayıb ki, ilk növbədə kasıb ölkələrin maraqlarına uyğun olaraq Rusiya gübrələrinə qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır. 14.03.2023, Sputnik Azərbaycan
2023-03-14T15:29+0400
2023-03-14T15:29+0400
2023-03-14T15:36+0400
rusiya
gübrə
ərzaq
bmt
baltik
baltik dənizi
https://cdnn1.img.sputnik.az/img/42197/96/421979691_0:161:3071:1888_1920x0_80_0_0_b8cec72470519479307f770b18d3545f.jpg
BAKI, 14 mart — Sputnik. Rusiya Federasiyası Baltik limanlarından gübrələrin ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına ümid edir. Bunu Rusiya Xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib. "Malavidə 20 min ton. Ölkələrlə, liman rəhbərliyi ilə danışıqlar bir neçə ay çəkdi... Çoxlu maneələr var və bu maneələri aşmaq çox çətindir. Lakin bu, bizim vəzifəmiz deyil, bu, hər şeydən əvvəl, BMT strukturlarının vəzifəsidir," – deyə o, jurnalistlərə bildirib. "İndiyə qədər limanlarda pulsuz tədarük etməyə hazır olduğumuz gübrələr var, lakin qarşımızda süni maneələr, gecikmələr yaradılır" – deyə Qruşko əlavə edib. O ümid etdiyini bildirib ki, bu gübrələr nəhayət, Baltik limanlarından çıxacaq. Qruşkonun sözlərinə görə, vəziyyətin pisləşməsinin qarşısını almaq üçün ilk növbədə kasıb ölkələrin maraqlarına uyğun olaraq Rusiya gübrələrinə qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır. "Əgər dünya ictimaiyyəti həqiqətən də ən yoxsul ölkələrdə ərzaq böhranının qarşısını almaqda maraqlıdırsa, ehtiyacı olan ölkələrə gübrələrimizin pulsuz çatdırılması üçün maddi və hüquqi imkanların yaradılmasından ötrü təcili addımlar atılmalıdır", - deyə Qruşko vurğulayıb. Bundan əvvəl Rusiyanın "Uralxim-Uralkaliy" qrupu Malaviyə xeyriyyə yardımı kimi 20 min ton gübrə tədarük edib. Malavi Afrikaya Aİ ərazisindən - şirkətdən humanitar təchizat alan ilk ölkə olub.
baltik dənizi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42197/96/421979691_170:0:2901:2048_1920x0_80_0_0_1b8c470ceffb18fbd34f258626bb50c8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
gübrə, ərzaq, bmt, baltik, baltik dənizi
gübrə, ərzaq, bmt, baltik, baltik dənizi
Rusiya gübrə ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına ümid edir – XİN
15:29 14.03.2023 (Yenilənib: 15:36 14.03.2023) Aleksandr Qruşko vurğulayıb ki, ilk növbədə kasıb ölkələrin maraqlarına uyğun olaraq Rusiya gübrələrinə qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır.
BAKI, 14 mart — Sputnik. Rusiya Federasiyası Baltik limanlarından gübrələrin ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına ümid edir.
Bunu Rusiya Xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
"Malavidə 20 min ton. Ölkələrlə, liman rəhbərliyi ilə danışıqlar bir neçə ay çəkdi... Çoxlu maneələr var və bu maneələri aşmaq çox çətindir. Lakin bu, bizim vəzifəmiz deyil, bu, hər şeydən əvvəl, BMT strukturlarının vəzifəsidir," – deyə o, jurnalistlərə bildirib.
"İndiyə qədər limanlarda pulsuz tədarük etməyə hazır olduğumuz gübrələr var, lakin qarşımızda süni maneələr, gecikmələr yaradılır" – deyə Qruşko əlavə edib.
O ümid etdiyini bildirib ki, bu gübrələr nəhayət, Baltik limanlarından çıxacaq.
Qruşkonun sözlərinə görə, vəziyyətin pisləşməsinin qarşısını almaq üçün ilk növbədə kasıb ölkələrin maraqlarına uyğun olaraq Rusiya gübrələrinə qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır.
"Əgər dünya ictimaiyyəti həqiqətən də ən yoxsul ölkələrdə ərzaq böhranının qarşısını almaqda maraqlıdırsa, ehtiyacı olan ölkələrə gübrələrimizin pulsuz çatdırılması üçün maddi və hüquqi imkanların yaradılmasından ötrü təcili addımlar atılmalıdır", - deyə Qruşko vurğulayıb.
Bundan əvvəl Rusiyanın "Uralxim-Uralkaliy" qrupu Malaviyə xeyriyyə yardımı kimi 20 min ton gübrə tədarük edib. Malavi Afrikaya Aİ ərazisindən - şirkətdən humanitar təchizat alan ilk ölkə olub.