https://sputnik.az/20230314/rusiya-dumasi-azerbaycanla-sigorta-pensiyalari-haqqinda-sazisi-ratifikasiya-edib-452704588.html
Rusiya Duması Azərbaycanla sığorta pensiyaları haqqında sazişi ratifikasiya edib
Rusiya Duması Azərbaycanla sığorta pensiyaları haqqında sazişi ratifikasiya edib
Sputnik Azərbaycan
2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış sənəd tərəflərin ərazilərində əldə edilmiş və ya yaranmış pensiya hüquqlarının sığorta təminatının təmin... 14.03.2023, Sputnik Azərbaycan
2023-03-14T19:10+0400
2023-03-14T19:10+0400
2023-03-14T19:22+0400
rusiya
pensiya təminatı
prezident ilham əliyev
rusiya dövlət duması
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452170057_0:160:3072:1888_1920x0_80_0_0_ea34be6f3c8163ab8265b59b170b0313.jpg
BAKI, 14 mart- Sputnik. Rusiya Federasiyasının Dövlət Duması çərşənbə axşamı keçirilən plenar iclasda Rusiya və Azərbaycan arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında saziş layihəsini ratifikasiya edib. 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış sənəd tərəflərin ərazilərində əldə edilmiş və ya yaranmış pensiya hüquqlarının sığorta təminatının təmin edilməsinə görə maliyyə məsuliyyətinin bölüşdürülməsini nəzərdə tutur.Saziş Rusiya Federasiyası və Azərbaycan Respublikasının vətəndaşları olan şəxslərə, habelə onların ailə üzvlərinə şamil edilir. Müqaviləyə bütün növ sığorta pensiyaları, habelə yığılan pensiyalar və pensiya yığımlarından digər ödənişlər daxildir. Sığorta olunan üçüncü ölkədə daimi yaşayış yerinə köçdükdə, pensiya təyin edən tərəf onu vətəndaşın seçimi ilə öz ərazisində ödəməyə davam edəcək və ya müqavilənin digər tərəfinin ərazisinə köçürəcəkdir.Müqavilədə göstərildiyi kimi, pensiya hesablanarkən Azərbaycan vətəndaşlarının Rusiyada işləyərkən qazandıqları, rusiyalılar üçün isə müvafiq olaraq Azərbaycan ərazisində aldıqları əmək stajı hesablanacaq.Prezident İlham Əliyev 2022-ci il iyulun 30-da “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında qanunu imzalayıb.Dövlət başçısı “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqaviləni təsdiq edib.“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2001-ci il 3 aprel tarixli 114-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 368) isə ləğv edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452170057_171:0:2902:2048_1920x0_80_0_0_b28620279d5826ef4adca9d7365e27c8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pensiya təminatı, prezident ilham əliyev, rusiya dövlət duması
pensiya təminatı, prezident ilham əliyev, rusiya dövlət duması
Rusiya Duması Azərbaycanla sığorta pensiyaları haqqında sazişi ratifikasiya edib
19:10 14.03.2023 (Yenilənib: 19:22 14.03.2023) 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış sənəd tərəflərin ərazilərində əldə edilmiş və ya yaranmış pensiya hüquqlarının sığorta təminatının təmin edilməsinə görə maliyyə məsuliyyətinin bölüşdürülməsini nəzərdə tutur.
BAKI, 14 mart- Sputnik. Rusiya Federasiyasının Dövlət Duması çərşənbə axşamı keçirilən plenar iclasda Rusiya və Azərbaycan arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında saziş layihəsini ratifikasiya edib.
2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış sənəd tərəflərin ərazilərində əldə edilmiş və ya yaranmış pensiya hüquqlarının sığorta təminatının təmin edilməsinə görə maliyyə məsuliyyətinin bölüşdürülməsini nəzərdə tutur.
Saziş Rusiya Federasiyası və Azərbaycan Respublikasının vətəndaşları olan şəxslərə, habelə onların ailə üzvlərinə şamil edilir. Müqaviləyə bütün növ sığorta pensiyaları, habelə yığılan pensiyalar və pensiya yığımlarından digər ödənişlər daxildir.
Sığorta olunan üçüncü ölkədə daimi yaşayış yerinə köçdükdə, pensiya təyin edən tərəf onu vətəndaşın seçimi ilə öz ərazisində ödəməyə davam edəcək və ya müqavilənin digər tərəfinin ərazisinə köçürəcəkdir.
Müqavilədə göstərildiyi kimi, pensiya hesablanarkən Azərbaycan vətəndaşlarının Rusiyada işləyərkən qazandıqları, rusiyalılar üçün isə müvafiq olaraq Azərbaycan ərazisində aldıqları əmək stajı hesablanacaq.
Prezident İlham Əliyev 2022-ci il iyulun 30-da “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında qanunu imzalayıb.
Dövlət başçısı “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqaviləni təsdiq edib.
“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2001-ci il 3 aprel tarixli 114-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 368) isə ləğv edilib.