Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Rossiya seqodnya"nın icraçı direktoru BMT TŞ-də ukraynadakı rusofobiyadan bəhs edib

© Sputnik / Murad Orujov“Russia seqodnya” media qrupunun icraçı direktoru Kirill Vışinski
“Russia seqodnya” media qrupunun icraçı direktoru Kirill Vışinski - Sputnik Azərbaycan, 1920, 14.03.2023
Abunə olmaq
Kirill Vışinski Təhlükəsizlik Şurası üzvlərinin diqqətini Ukrayna Ali Radasında Rusiya siyasi rejimini rəsmi olaraq “raşizm” adlandırmaq təklifinə cəlb edib.
BAKI, 14 mart - Sputnik. “Russia seqodnya” media qrupunun icraçı direktoru Kirill Vışinski BMT Təhlükəsizlik Şurasının iclasında Kiyev hakimiyyətinin və Ukrayna cəmiyyətinin digər nümayəndələrinin hərəkətlərində rusofobiyanın təzahürlərindən danışıb.
O xatırladıb ki, 2022-ci il ərzində Ukrayna telekanallarında rusofob, misantrop çağırışlar eşidilib.
“Kanal 24-ün jurnalisti Faxrudin Şarafmal efirdə “Rusları sıxışdırmağa, onların ailələrini və uşaqlarını məhv etməyə” çağırıb, - Vışinski bildirib.
O, həmin jurnalistin ruslara xitabından misal da gətirib: "“Əgər bütün ailələrinizi qırmalı olsaq, mən birincilərdən olacağam. Millətə eşq olsun!"
İcraçı direktor ukraynalı həkim və “Mobil Hospital”ın rəhbərinin rusiyalı hərbi əsirlərin məcburi axtalanması ilə bağlı "çünki onlar insan deyil, tarakandır” sözlərini də misal çəkib.
Vışinski bir vaxtlar Ukraynada peyda olan “sosial reklam” adlanan videonu da xatırladıb. Burada milli köynək geyinmiş və çələng taxmış bir ukraynalı qız rus əsgərinin boğazını oraqla kəsərək deyir: "İndi biz öz qanlı məhsulumuzu yığırıq. Hamınızı ölüm gözləyir!"
"Və bu bəyanatlar bu gün praktikada həyata keçirilir - bunu rus hərbi əsirlərinin edam edilməsi faktlarından, əsirlikdə onlara qarşı qeyri-insani rəftarın nəticələrindən, rusdilli Donbassın dinc sakinlərinin atəşə tutulmasından da görmək olar" - deyə Rusiya media qrupunun icraçı direktoru vurğulayıb.
O, həmçinin Təhlükəsizlik Şurası üzvlərinin diqqətini bazar ertəsi Ali Radada qeydə alınmış parlamentin Rusiya siyasi rejimini rəsmi olaraq “raşizm” adlandırmağı təklif edən bəyanat layihəsinə cəlb edib.
“Ukraynada uydurulmuş bu fenomenin əlamətləri kimi deputatlar “Rusiya və rusların zorakı təzyiq və yaxud başqa xalqların mövcudluğunu inkar etməklə özünü ucaltması” kimi təfsir edirlər”, - Vışinski izah edib.
Onun fikrincə, ruslara münasibətdə bu yalan təkcə Ukraynada deyil, digər ölkələrdə də Rusiyaya və ruslara qarşı açıq düşmənçilik və nifrət hissi yaradır, rusofobiyanın oyanması və formalaşması alətinə çevrilir.
“Yeri gəlmişkən, artıq Avropa İttifaqında baş verənlər – 2022-ci ilin martında Polşanın baş naziri Moravetskinin də etiraf etdiyi kimi, rusofobiyanın əsas cərəyan olması, bu fəaliyyətin nəticəsinin sübutudur", - deyə Vışinski əlavə edib.
Xəbər lenti
0