https://sputnik.az/20230314/putin-g20-sammitinde-istirak-ede-biler-452687806.html
Putin G20 sammitində iştirak edə bilər
Putin G20 sammitində iştirak edə bilər
Sputnik Azərbaycan
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putinin sammitdə iştirakı ilə bağlı qərar ayrıca veriləcək. 14.03.2023, Sputnik Azərbaycan
2023-03-14T14:53+0400
2023-03-14T14:53+0400
2023-03-14T14:53+0400
putin
rusiya
peskov
vladimir putinin köməkçisi dmitri peskov
vladimir putin
sergey lavrov
https://cdnn1.img.sputnik.az/img/07e7/02/16/452046004_0:98:3292:1950_1920x0_80_0_0_c8d9d604b8b02d7ed357fa588af4b95f.jpg
BAKI, 14 mart — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin 2023-cü ilin sentyabrında Hindistanda keçirilməsi planlaşdırılan G20 sammitində iştirakı istisna edilməyib və prezidentin sammitdə iştirakı ilə bağlı qərar ayrıca veriləcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə görüşü zamanı qeyd edib. Peskov vurğulayıb ki, Putinin bu görüşdə iştirak ehtimalı hər zaman var və bunu istisna etmək olmaz. Eyni zamanda, Rusiya bu və ya digər formatda, həmçinin prezidentin sammitdə birbaşa iştirakı olmadan da G20-də hansısa şəkildə iştirak edir. Xatırladaq ki, 2022-ci ildə G20 liderlərinin görüşünə Rusiyadan RF Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov gedib. 2020-2021-ci illərdə Putin görüşlərdə iştirak edib, lakin videobağlantı vasitəsilə. Prezidentin şəxsən görüşə getdiyi son il sammitin Yaponiyada keçirildiyi 2019-cu il olub. Bu yaxınlarda "KP.RU" agentliyi Hindistanda keçirilən G20 xarici işlər nazirlərinin sammitində müxtəlif ölkələrin nümayəndələrinin görüşünün necə keçdiyi barədə məlumat verib. Hindistan hökuməti müxtəlif ölkələrə sətiraltı mövqeyini incə şəkildə göstərə bilib və Rusiya Aİ ölkələrindən qat-qat yaxşı qarşılanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/16/452046004_281:0:3012:2048_1920x0_80_0_0_c833393be6a3a2775c8dfd45611598c3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, peskov, vladimir putinin köməkçisi dmitri peskov, vladimir putin, sergey lavrov
putin, peskov, vladimir putinin köməkçisi dmitri peskov, vladimir putin, sergey lavrov
Putin G20 sammitində iştirak edə bilər
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putinin sammitdə iştirakı ilə bağlı qərar ayrıca veriləcək.
BAKI, 14 mart — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin 2023-cü ilin sentyabrında Hindistanda keçirilməsi planlaşdırılan G20 sammitində iştirakı istisna edilməyib və prezidentin sammitdə iştirakı ilə bağlı qərar ayrıca veriləcək.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə görüşü zamanı qeyd edib.
Peskov vurğulayıb ki, Putinin bu görüşdə iştirak ehtimalı hər zaman var və bunu istisna etmək olmaz. Eyni zamanda, Rusiya bu və ya digər formatda, həmçinin prezidentin sammitdə birbaşa iştirakı olmadan da G20-də hansısa şəkildə iştirak edir.
Xatırladaq ki, 2022-ci ildə G20 liderlərinin görüşünə Rusiyadan RF Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov gedib. 2020-2021-ci illərdə Putin görüşlərdə iştirak edib, lakin videobağlantı vasitəsilə. Prezidentin şəxsən görüşə getdiyi son il sammitin Yaponiyada keçirildiyi 2019-cu il olub.
Bu yaxınlarda "KP.RU" agentliyi Hindistanda keçirilən G20 xarici işlər nazirlərinin sammitində müxtəlif ölkələrin nümayəndələrinin görüşünün necə keçdiyi barədə məlumat verib. Hindistan hökuməti müxtəlif ölkələrə sətiraltı mövqeyini incə şəkildə göstərə bilib və Rusiya Aİ ölkələrindən qat-qat yaxşı qarşılanıb.