https://sputnik.az/20230313/turkiyede-qaz-habi-layihesinin-texire-salinmasindan-sohbet-getmir---kv-452637665.html
Türkiyədə qaz habı layihəsinin təxirə salınmasından söhbət getmir - KİV
Türkiyədə qaz habı layihəsinin təxirə salınmasından söhbət getmir - KİV
Sputnik Azərbaycan
Rusiya Federasiyası və Türkiyə prezidentləri Türkiyədə qaz habının yaradılması məsələsinin ətraflı işlənməsi barədə göstəriş veriblər. 13.03.2023, Sputnik Azərbaycan
2023-03-13T11:36+0400
2023-03-13T11:36+0400
2023-03-13T11:36+0400
qaz
rusiya
rusiya
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e6/07/06/443739826_0:160:3072:1888_1920x0_80_0_0_32d8f185e62b66abd9c5032855fba217.jpg
BAKI, 13 mart — Sputnik. Türkiyənin cənub-şərqində baş verən dağıdıcı zəlzələlər Rusiyanın təklif etdiyi qaz habı layihəsinə düzəlişlərə səbəb olub, lakin onun təxirə salınmasından söhbət getmir. Bu barədə danışıqlardan xəbəri olan mənbə RİA Novosti-yə bildirib. Xatırladaq ki, deyə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak Rusiya və Türkiyə prezidentlərinin bu ölkədə qaz habının yaradılması məsələsinin ətraflı işlənməsi barədə göstəriş verdiyini dilə gətirib. "Xüsusilə də bu hab vasitəsilə zədələnmiş "Şimal axını"ndan qaz nəqlini həyata keçirmək mümkün olacaq. Eyni zamanda, söhbət təkcə Türkiyədə ticarət platformasının yaradılmasından deyil, həm də cənub istiqamətində infrastrukturun inkişaf etdirilməsi və təchizatın artırılmasından gedir". Onun sözlərinə görə, digər ölkələr də bu layihədə iştirak edə bilər: Əlcəzair, Qətər və Azərbaycan da cənub istiqamətindən Avropaya qaz nəql edir. Mənbə zəlzələlərin nəticələrini aradan qaldırmaq üçün nəhəng resurslara ehtiyac olduğundan layihənin ləngiməsinin mümkün olub-olmaması ilə bağlı sualı cavablandırarkən, bildirib ki, heç bir halda, bundan söhbət gedə bilməz. Bundan əvvəl Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov RİA Novosti agentliyinə müsahibəsində bildirib ki, Moskva ilə Ankara arasında qaz habı ilə bağlı danışıqlar gedir, onların nəticəsini təxmin eləmək düzgün olmaz. Onun sözlərinə görə, söhbət aylarla deyil, illərlə nəzərdə tutulmuş kifayət qədər uzunmüddətli layihədən gedir, ona görə də hər şeyi əvvəldən "düzgün yola" qoymaq çox vacibdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/06/443739826_171:0:2902:2048_1920x0_80_0_0_95eb69d5f51b4a22e79565350cad7671.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qaz, rusiya, türkiyə
Türkiyədə qaz habı layihəsinin təxirə salınmasından söhbət getmir - KİV
Rusiya Federasiyası və Türkiyə prezidentləri Türkiyədə qaz habının yaradılması məsələsinin ətraflı işlənməsi barədə göstəriş veriblər.
BAKI, 13 mart — Sputnik. Türkiyənin cənub-şərqində baş verən dağıdıcı zəlzələlər Rusiyanın təklif etdiyi qaz habı layihəsinə düzəlişlərə səbəb olub, lakin onun təxirə salınmasından söhbət getmir. Bu barədə danışıqlardan xəbəri olan mənbə RİA Novosti-yə bildirib.
Xatırladaq ki, deyə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak Rusiya və Türkiyə prezidentlərinin bu ölkədə qaz habının yaradılması məsələsinin ətraflı işlənməsi barədə göstəriş verdiyini dilə gətirib.
"Xüsusilə də bu hab vasitəsilə zədələnmiş "Şimal axını"ndan qaz nəqlini həyata keçirmək mümkün olacaq. Eyni zamanda, söhbət təkcə Türkiyədə ticarət platformasının yaradılmasından deyil, həm də cənub istiqamətində infrastrukturun inkişaf etdirilməsi və təchizatın artırılmasından gedir".
Onun sözlərinə görə, digər ölkələr də bu layihədə iştirak edə bilər: Əlcəzair, Qətər və Azərbaycan da cənub istiqamətindən Avropaya qaz nəql edir.
"Ölkənin siyasi, sosial və iqtisadi sferasında zəlzələlər əsas mövzuya çevrilib. Bütün qurumların fəaliyyəti "əsrin fəlakəti"nin nəticələrinin aradan qaldırılmasına yönəldilib. Ona görə də bəzi digər məsələlərə də düzəlişlər edilib", - deyə mənbə bildirib.
Mənbə zəlzələlərin nəticələrini aradan qaldırmaq üçün nəhəng resurslara ehtiyac olduğundan layihənin ləngiməsinin mümkün olub-olmaması ilə bağlı sualı cavablandırarkən, bildirib ki, heç bir halda, bundan söhbət gedə bilməz.
Bundan əvvəl Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov RİA Novosti agentliyinə müsahibəsində bildirib ki, Moskva ilə Ankara arasında qaz habı ilə bağlı danışıqlar gedir, onların nəticəsini təxmin eləmək düzgün olmaz. Onun sözlərinə görə, söhbət aylarla deyil, illərlə nəzərdə tutulmuş kifayət qədər uzunmüddətli layihədən gedir, ona görə də hər şeyi əvvəldən "düzgün yola" qoymaq çox vacibdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.