https://sputnik.az/20230313/rusiya-ve-azerbaycan-sefirleri-iki-olke-arasinda-elaqeleri-muzakire-edibler-452669078.html
Rusiya və Azərbaycan səfirləri iki ölkə arasında əlaqələri müzakirə ediblər
Rusiya və Azərbaycan səfirləri iki ölkə arasında əlaqələri müzakirə ediblər
Sputnik Azərbaycan
Görüşdə iki ölkə arasında müttəfiqlik əməkdaşlığının daha da inkişafına kömək etmək üçün qarşılıqlı niyyətin olduğu bir daha təsdiqlənib. 13.03.2023, Sputnik Azərbaycan
2023-03-13T19:46+0400
2023-03-13T19:46+0400
2023-03-13T19:46+0400
rusiya
azərbaycan
səfir
israil
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/07/437030205_0:68:1280:788_1920x0_80_0_0_3152f71f65f66051ed5fe55e192c818c.jpg
BAKI, 13 mart - Sputnik. Bazar ertəsi Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov və Azərbaycanın Yəhudi dövlətinə təyin olunmuş səfiri Muxtar Məmmədov arasında görüş keçirilib. Bu barədə TASS Rusiya səfirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.Bildirilir ki, görüşdə Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi perspektivləri müzakirə olunub."Söhbət zamanı Viktorov və Məmmədov iki ölkə arasında müttəfiqlik əməkdaşlığının daha da inkişafına kömək etmək üçün qarşılıqlı niyyəti təsdiqləyiblər”, - deyə səfirlikdən əlavə ediblər.Bundan əlavə, əlaqələrin davam etdirilməsinin razılaşdırıldığı qeyd olunub.Azərbaycanın İsraildəki səfirliyi 2022-ci ilin noyabrında yaradılıb, yanvar ayında respublika Prezidenti İlham Əliyev Muxtar Məmmədovu diplomatik nümayəndəliyin rəhbəri təyin edib."i24" telekanalının məlumatına görə, Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi martın 29-da Təl-Əvivdə baş tutacaq və burada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun da iştirak edəcəyi gözlənilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/07/437030205_70:0:1210:855_1920x0_80_0_0_b09fcae4861a0cd97b38e6c53be56e42.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, səfir, israil
azərbaycan, səfir, israil
Rusiya və Azərbaycan səfirləri iki ölkə arasında əlaqələri müzakirə ediblər
Görüşdə iki ölkə arasında müttəfiqlik əməkdaşlığının daha da inkişafına kömək etmək üçün qarşılıqlı niyyətin olduğu bir daha təsdiqlənib.
BAKI, 13 mart - Sputnik. Bazar ertəsi Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov və Azərbaycanın Yəhudi dövlətinə təyin olunmuş səfiri Muxtar Məmmədov arasında görüş keçirilib. Bu barədə TASS Rusiya səfirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilir ki, görüşdə Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi perspektivləri müzakirə olunub.
“Diplomatik nümayəndəliklərin rəhbərləri dostluq şəraitində keçən fikir mübadiləsi zamanı qarşılıqlı maraq doğuran sahələrdə Rusiya-Azərbaycan əməkdaşlığının aktual məsələlərinə toxunublar. Xüsusilə Böyük Vətən Müharibəsinin tarixi yaddaşının qorunub saxlanılması, ikitərəfli iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi mövzuları, eləcə də Yaxın Şərq nizamlanması problemləri müzakirə olunub", - deyə diplomatik nümayəndəlikdən məlumat verilib.
"Söhbət zamanı Viktorov və Məmmədov iki ölkə arasında müttəfiqlik əməkdaşlığının daha da inkişafına kömək etmək üçün qarşılıqlı niyyəti təsdiqləyiblər”, - deyə səfirlikdən əlavə ediblər.
Bundan əlavə, əlaqələrin davam etdirilməsinin razılaşdırıldığı qeyd olunub.
Azərbaycanın İsraildəki səfirliyi 2022-ci ilin noyabrında yaradılıb, yanvar ayında respublika Prezidenti İlham Əliyev Muxtar Məmmədovu diplomatik nümayəndəliyin rəhbəri təyin edib.
"i24" telekanalının məlumatına görə, Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi martın 29-da Təl-Əvivdə baş tutacaq və burada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun da iştirak edəcəyi gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.