https://sputnik.az/20230313/ombudsman-kutlevi-mezarliqlarda-aparilmis-arasdirmanin-neticelerini-hazirlayib-452662706.html
Ombudsman kütləvi məzarlıqlarda aparılmış araşdırmanın nəticələrini hazırlayıb
Ombudsman kütləvi məzarlıqlarda aparılmış araşdırmanın nəticələrini hazırlayıb
Sputnik Azərbaycan
Xocəvənd rayonunun Edilli kəndində müxtəlif ağır işgəncələrlə qətlə yetirilmiş şəxslərin cəsədlərinin təhqir edilərək qeyri-insani formada dəfn edildiyi... 13.03.2023, Sputnik Azərbaycan
2023-03-13T22:37+0400
2023-03-13T22:37+0400
2023-03-13T22:37+0400
qarabağ
edilli kəndi
məzarlıq
ombudsman səbinə əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/04/447053122_0:160:3072:1888_1920x0_80_0_0_9c8d123bf46604d5b9af3320f2967cd3.jpg
BAKI, 13 mart — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın Azərbaycanlılara qarşı etnik nifrət zəminində həyata keçirdiyi siyasət nəticəsində beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması işini davam etdirir. Ombudsman Aparatından verilən məlumata görə, Birinci Qarabağ müharibəsi dövründə (1988-1994-cü illər) Ermənistan tərəfindən əsir və girov götürülmüş azərbaycanlılara qarşı çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər törədilib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, o cümlədn Xocəvənd rayonunun Edilli kəndində müxtəlif ağır işgəncələrlə qətlə yetirilmiş şəxslərin cəsədlərinin təhqir edilərək qeyri-insani formada dəfn edildiyi kütləvi məzarlıqların aşkar olunması faktı bunu bir daha təsdiq edir. Bununla əlaqədar Ombudsmanın faktaraşdırıcı missiyası çərçivəsində Ombudsman Aparatının əməkdaşlarından ibarət ixtisaslaşdırılmış qrup tərəfindən Edilli kəndindəki kütləvi məzarlıqlarda müstəqil şəkildə yerində araşdırma həyata keçirilib və aparılmış monitorinq zamanı toplanmış təkzibolunmaz faktları özündə əks etdirən hesabat hazırlanıb. Azərbaycanlılara qarşı kəskin etnik nifrətə əsaslanan çoxsaylı ağır cinayət əməllərinin törətməsində təqsirkar olan Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunmuş şəxslərin beynəlxalq ədalət mühakiməsinə cəlb olunması istiqamətində effektiv beynəlxalq hüquqi tədbirlərin görülməsi ilə bağlı hesabatda dolğun faktlar toplanıb. Hesabatın sonunda beynəlxalq təşkilatlara Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi, hələ də sağ qalanların ölkəmizə təhvil verilməsi, əsir-girovluqda olduğu dövrdə qətlə yetirilən şəxslərin kütləvi şəkildə dəfn edildiyi yerlərin, habelə minalanmış ərazilərin dəqiq xəritələrinin ölkəmizə təqdim olunması, eyni zamanda Ermənistanın siyasi-hərbi rəhbərliyinə münasibətdə hüquqi məsuliyyət müəyyən edən təxirəsalınmaz tədbirlərin görülməsi üçün qəti mövqe nümayiş etdirilməsi barədə müraciət edilib. Hesabat beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına, habelə insan hüquqlarının müdafiəsi və təbliği ilə məşğul olan digər beynəlxalq qurumlara ünvanlanıb. Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu düşmən işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda düşmənin dağıdıcı fəaliyyətinin nəticələrinin aradan qaldırılmasından sonra bu bölgədə uzun illər əvvəl dayandırılmış arxeoloji qazıntıların davam etdirilməsinə dair kompleks tədbirlər planı hazırlayıb. Qədim yaşayış məskənlərindən sayılan Xocavənd dünyada tanınan abidələrdən biri, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən, uzunluğu 190 metr, əhəng daşları oksfordkimeric dövrünə aid olan Azıx mağarası ilə məşhurdur. İşğal altında olan Xocavəndin ərazisi bütövlükdə ekoloji terrora məruz qalıb. Azıx mağarasını ermənilər silah anbarına çeviriblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
edilli kəndi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/04/447053122_171:0:2902:2048_1920x0_80_0_0_db2ed52fe180c829079f1ba9d644ba9a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
edilli kəndi, məzarlıq, ombudsman səbinə əliyeva
edilli kəndi, məzarlıq, ombudsman səbinə əliyeva
Ombudsman kütləvi məzarlıqlarda aparılmış araşdırmanın nəticələrini hazırlayıb
Xocəvənd rayonunun Edilli kəndində müxtəlif ağır işgəncələrlə qətlə yetirilmiş şəxslərin cəsədlərinin təhqir edilərək qeyri-insani formada dəfn edildiyi kütləvi məzarlıqların aşkar olunması faktı bunu bir daha təsdiq edir.
BAKI, 13 mart — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın Azərbaycanlılara qarşı etnik nifrət zəminində həyata keçirdiyi siyasət nəticəsində beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması işini davam etdirir.
Ombudsman Aparatından verilən məlumata görə, Birinci Qarabağ müharibəsi dövründə (1988-1994-cü illər) Ermənistan tərəfindən əsir və girov götürülmüş azərbaycanlılara qarşı çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər törədilib.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, o cümlədn Xocəvənd rayonunun Edilli kəndində müxtəlif ağır işgəncələrlə qətlə yetirilmiş şəxslərin cəsədlərinin təhqir edilərək qeyri-insani formada dəfn edildiyi kütləvi məzarlıqların aşkar olunması faktı bunu bir daha təsdiq edir.
Bununla əlaqədar Ombudsmanın faktaraşdırıcı missiyası çərçivəsində Ombudsman Aparatının əməkdaşlarından ibarət ixtisaslaşdırılmış qrup tərəfindən Edilli kəndindəki kütləvi məzarlıqlarda müstəqil şəkildə yerində araşdırma həyata keçirilib və aparılmış monitorinq zamanı toplanmış təkzibolunmaz faktları özündə əks etdirən hesabat hazırlanıb.
Azərbaycanlılara qarşı kəskin etnik nifrətə əsaslanan çoxsaylı ağır cinayət əməllərinin törətməsində təqsirkar olan Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunmuş şəxslərin beynəlxalq ədalət mühakiməsinə cəlb olunması istiqamətində effektiv beynəlxalq hüquqi tədbirlərin görülməsi ilə bağlı hesabatda dolğun faktlar toplanıb.
Hesabatın sonunda beynəlxalq təşkilatlara Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi, hələ də sağ qalanların ölkəmizə təhvil verilməsi, əsir-girovluqda olduğu dövrdə qətlə yetirilən şəxslərin kütləvi şəkildə dəfn edildiyi yerlərin, habelə minalanmış ərazilərin dəqiq xəritələrinin ölkəmizə təqdim olunması, eyni zamanda Ermənistanın siyasi-hərbi rəhbərliyinə münasibətdə hüquqi məsuliyyət müəyyən edən təxirəsalınmaz tədbirlərin görülməsi üçün qəti mövqe nümayiş etdirilməsi barədə müraciət edilib.
Hesabat beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına, habelə insan hüquqlarının müdafiəsi və təbliği ilə məşğul olan digər beynəlxalq qurumlara ünvanlanıb.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu düşmən işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda düşmənin dağıdıcı fəaliyyətinin nəticələrinin aradan qaldırılmasından sonra bu bölgədə uzun illər əvvəl dayandırılmış arxeoloji qazıntıların davam etdirilməsinə dair kompleks tədbirlər planı hazırlayıb.
Qədim yaşayış məskənlərindən sayılan Xocavənd dünyada tanınan abidələrdən biri, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən, uzunluğu 190 metr, əhəng daşları oksfordkimeric dövrünə aid olan Azıx mağarası ilə məşhurdur. İşğal altında olan Xocavəndin ərazisi bütövlükdə ekoloji terrora məruz qalıb. Azıx mağarasını ermənilər silah anbarına çeviriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.