Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

G7 formatı bütün dünya iqtisadiyyatını əks etdirmir - Peskov

© Sputnik / Alexei Danichev / Mediabanka keçidBraziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika bayraqları
Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika bayraqları - Sputnik Azərbaycan, 1920, 13.03.2023
Abunə olmaq
Kreml nümayəndəsindən Qərb analitiklərinin BRİKS ölkələrinin dünya ÜDM-də payının G7 ölkələrinin payını üstələməsi ilə bağlı hesabatına münasibət bildirmək istənilib.
BAKI, 13 mart — Sputnik. Yeddilik Qrupunun (G7) formatı bütün dünya iqtisadiyyatını əks etdirmir, bu baxımdan Moskva əsas diqqəti İyirmilik Qrupu (G20) və BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) üzərində cəmləşdirir.
Bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Kreml nümayəndəsindən Qərb analitiklərinin BRİCS ölkələrinin dünya ÜDM-də payının G7 ölkələrinin payını üstələməsi ilə bağlı hesabatına münasibət bildirmək istənilib.
"Bu ekspertlərin rəyindən asılı olmayaraq demək olar ki, BRİKS ölkələrinin dünya iqtisadiyyatında iqtisadi çəkisi durmadan artır. Dünya iqtisadiyyatı G7 ölkələri ilə məhdudlaşmaqdan uzaqdır.
Ona görə də Rusiya hesab edir ki, bu format birmənalı olaraq planetimizin iqtisadi istəklərini əks etdirmir. Bu halda, G20-nin daha geniş üzvlüyü işlərin real vəziyyətini daha dolğun şəkildə əks etdirir, bizim diqqət mərkəzində budur", - deyə Peskov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0