Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dörd ölkənin diplomatları Suriyanı müzakirə etmək üçün Moskvada görüşəcəklər

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidRusiya XİN-nin binası
Rusiya XİN-nin binası - Sputnik Azərbaycan, 1920, 13.03.2023
Abunə olmaq
Martın 15-16-da Moskvada Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin müavinləri səviyyəsində Suriya ilə bağlı görüş keçiriləcək.
BAKI, 13 mart — Sputnik. Rusiyanın paytaxtı Moskva növbəti mühüm toplantıya ev sahibliyi edəcək. Martın 15-16-da Moskvada Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin müavinləri səviyyəsində Suriya ilə bağlı görüş keçiriləcək.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Türkiyə, Rusiya, Suriya və İran arasında Moskvada keçiriləcək görüşün vaxtı müəyyənləşib. Martın 15-16-da keçiriləcək görüşdə Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Burak Akçapar rəhbərlik edəcək.
İclasda Rusiyanı Prezident Vladimir Putinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov, İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacı və Suriya xarici işlər nazirinin müavini Eymen Susan təmsil edəcək.
Suriya 2011-ci ildən silahlı qarşıdurma içindədir.
Ankara və Dəməşq arasındakı fikir ayrılıqlarını həll etmək üçün Rusiya Federasiyası, Suriya və Türkiyə XİN rəhbərlərinin görüşü planlaşdırılıb.
Yanvarda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu belə bir görüşün fevralın əvvəlində keçirilə biləcəyini açıqlamışdı. Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İran Türkiyə, Rusiya və Suriya arasında planlaşdırılan yüksək səviyyəli danışıqlara qoşula bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0