Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda siqaret kötüyünü yerə atanların cərimələnməsinə başlanılıb

© AFP 2024 / EMMANUEL DUNANDsiqaret
siqaret - Sputnik Azərbaycan, 1920, 13.03.2023
Abunə olmaq
Küçəyə siqaret kötüyü atan şəxs buna görə 50 manat cərimə edilir. Bu məsələ İnzibati Xətalar Məcəlləsində də öz əksini tapıb.
BAKI, 13 mart — Sputnik. Bakıda küçədə siqaret kötüyünü yerə atanlar inzibati məsuliyyət daşıyırlar. Polis əməkdaşları bu prosesə nəzarəti gücləndirib.
Küçədə siqaret çəkib kötüyünü zibil qabından kənar yerə atan şəxs barəsində 50 manat cərimə tətbiq edilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin verdiyi məlumata görə, bu məsələ qanunvericilikdə nəzərdə tutulub.
Onun sözlərinə görə, Azərbaycanda "Tütün və ya tütün məmulatı haqqında" Qanuna əsasən, küçəyə siqaret kötüyü atmaq inzibati məsuliyyət yaradır. Küçəyə siqaret kötüyü atan şəxs buna görə 50 manat cərimə edilir. Bu məsələ İnzibati Xətalar Məcəlləsində də öz əksini tapıb.
(Trend)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0