Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda silahlı insidentə görə tutulan şəxs barəsində həbs qətimkan tədbiri seçilib

© AP Photo / Jean-Francois BadiasMəhkəmə
Məhkəmə - Sputnik Azərbaycan, 1920, 13.03.2023
Abunə olmaq
Bir neçə gün öncə Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınan hadisəni törədən Elvin Qasımov məhkəmə qarşısına çıxarılıb.
BAKI, 13 mart — Sputnik. Bakının Nəsimi rayonunda bir neçə gün əvvəl baş verən silahlı insidentə görə saxlanılan Elvin Qasımov məhkəmə qarşısına çıxarılıb. Nərimanov Rayon Məhkəməsində baxılan iş üzrə istintaq orqanının təqdimatı təmin edilib.
Qərara əsasən, Elvin Qasımov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hadisə iki gün əvvəl - martın 10-da Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb.
Silahlı insident nəticəsində 2002-ci il təvəllüdlü Fəqan Rəhimli və 1983-cü təvəllüdlü Tamerlan Hüseynov güllə yarası alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
(APA)
Xəbər lenti
0