QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azad edilmiş ərazilərdə partlamamış hərbi sursatların sayı açıqlanıb

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidQarabağda yol kənarında mina
Qarabağda yol kənarında mina - Sputnik Azərbaycan, 1920, 13.03.2023
Abunə olmaq
Ötən həftə işğaldan azad olunmuş bəzi bölgələrdə aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 11, tank əleyhinə 37 mina və 328 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
BAKI, 13 mart — Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 48 mina aşkarlayıb.
ANAMA-dan verilən məlumata görə, martın 6-dan 11-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 11, tank əleyhinə 37 mina və 328 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 754 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Qeyd edək ki, bu gün Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Füzuli rayonunun Horadiz kəndində ANAMA-nın keçirdiyi minatəmizləmə işləri ilə tanış olub. Bu barədə səfir "Twitter" hesabında bildirib.
"ANAMA-nı dəstəkləyən ilk qurumladan biri olaraq əməkdaşlığımızı uğurla davam etdirməkdən məmnunam", - səfir əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0