Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova "taxıl sazişi" barədə: Mövqeyimiz dəyişməyib

© Sputnik / Максим Богодвид / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 12.03.2023
Abunə olmaq
Rusiya tərəfi "taxıl sazişi"nin müddətinin uzadılması ilə əlaqədar keçirilən danışıqlarda iştirak etmir.
BAKI, 12 mart - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "taxıl sazişi" ilə bağlı KİV-in suallarını cavablayıb. RF xarici siyasət idarəsinə istinadən həmin brifinqi diqqətinizə təqdim edirik:
- Ukrayna tərəfdaşlarla “taxıl sazişi” üzrə danışıqları bərpa edib. Rusiya tərəfinin danışıqlarda iştirak etmədiyi bildirilir. Bu yazıları necə şərh edərdiniz?
- İkinci müddəti (120 gün) martın 18-də başa çatacaq “Qara Dəniz Təşəbbüsü”nün uzadılması ilə bağlı müxtəlif tərəflərin, o cümlədən Kiyev rejiminin bəyanatlarından xəbərimiz var. Xüsusilə Rusiya nümayəndələrinin iştirakı ilə bu barədə danışıqlar aparılmayıb.
Bütövlükdə BMT-nin Baş katibi Antonio Quterreşin “paket” təklifi ilə bağlı mövqeyimiz, onun tərkib hissəsi qeyd olunan “Qara dəniz təşəbbüsü” ilə yanaşı, yerli kənd təsərrüfatı ixracının normallaşdırılmasına dair Rusiya-BMT Memorandumudur. Mövqeyimiz məlumdur və dəyişməz olaraq qalır.
Biz ondan irəli gəlirik ki, 22 iyul 2022-ci ildə İstanbulda bağlanmış sazişlər ərzaq böhranının aradan qaldırılması və Afrika, Asiya və Latın Amerikasında ehtiyacı olan ölkələrə yardım kimi elan edilmiş humanitar vəzifələrin həlli üçün bir-biri ilə əlaqəli şəkildə həyata keçirilməlidir.
Bildiririk ki, yalnız Ukrayna hissəsi hələ də effektiv şəkildə həyata keçirilir, Qərbin birtərəfli sanksiyaları nəticəsində Rusiyanın kənd təsərrüfatı ixracı bloklanmaqda davam edir.
Qeyd: Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. İstanbuldakı Birgə Koordinasiya Mərkəzi (BKM) gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir. Müqavilənin müddəti 2022-ci il noyabrın 18-də başa çatıb, lakin tərəflərdən hər hansı biri etiraz etməsə, 18 mart tarixinə qədər avtomatik 120 gün uzadılması nəzərdə tutulurdu. Rusiya Xarici İşlər Nazirliyi "belə etirazların alınmadığını" bildirib, eyni zamanda qeyd edib ki, Rusiya tərəfi Ukrayna taxılının ixracı üçün "Qara dəniz təşəbbüsü"nün müddət və həcmdə heç bir dəyişiklik olmadan texniki uzadılmasına icazə verir.
Taxıl sazişinin özü paket sazişinin tərkib hissəsidir və o, həmçinin, Rusiyanın ərzaq və gübrə ixracının blokdan çıxarılmasını da əhatə edir. Moskva qeyd edib ki, məhz bu, həyata keçirilməyib. Halbuki, BMT-dən məhdudiyyətlərin aradan qaldırılacağına dair təminatlar var idi.
Taxıl məhsulu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.03.2023
DÜNYA XƏBƏRLƏRİ
Türkiyə "taxıl sazişi"nin uzadılması ilə bağlı müsbət qərara ümid edir
Xəbər lenti
0