Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Volodin: Mixail Mişustin gələn həftə Dövlət Dumasında çıxış edəcək

© Sputnik / Григорий СысоевMixail Mişustin
Mixail Mişustin - Sputnik Azərbaycan, 1920, 12.03.2023
Abunə olmaq
Vyaçeslav Volodin bildirib ki, Nazirlər Kabineti hər il Dövlət Dumasına son bir ildə gördüyü işlər barədə hesabat verir.
BAKI, 12 mart - Sputnik. Nazirlər Kabinetinin rəhbəri Mixail Mişustinin Dövlət Dumasında çıxışının dəqiq tarixi gələn həftə məlum olacaq. Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
Onun sözlərinə görə, Nazirlər Kabineti hər il Dövlət Dumasına son bir ildə gördüyü işlər barədə hesabat verir.
“Martın 22-23-də (yekun tarix gələn həftə müəyyənləşəcək) Dövlət Dumasının iclası keçiriləcək. Orada hökumət sədri məruzə edəcək”, – deyə Volodin özünün “Teleqram” kanalında yazıb.
“Dövlət Dumasının profil komitələri hesabatın hazırlanması çərçivəsində artıq baş nazirin müavinləri və hökumət nazirləri ilə görüşlər keçirirlər,” – o, əlavə edib.
Bundan əvvəl Rusiyanın baş naziri Mixail Mişustin Rusiya lideri Vladimir Putinin Federal Məclisə müraciəti zamanı səsləndirdiyi tapşırıqların icrasına cavabdeh şəxsləri təyin edib.
Xəbər lenti
0