https://sputnik.az/20230311/a-deki-alicilar-karteli-qaz-bazarina-nece-tesir-edecek-452562386.html
Aİ-dəki "alıcılar karteli" qaz bazarına necə təsir edəcək
Aİ-dəki "alıcılar karteli" qaz bazarına necə təsir edəcək
Sputnik Azərbaycan
Aİ bildirir ki, birgə qaz alışı Rusiya Federasiyasından tədarükdən asılılığı azaltmağa yönəlib. "Alıcılar karteli"nin yaradılması Avropanı növbəti enerji... 11.03.2023, Sputnik Azərbaycan
2023-03-11T08:33+0400
2023-03-11T08:33+0400
2023-03-11T08:33+0400
qaz xətti
rusiya
rusiya
avropa ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e6/04/07/440888275_0:0:3087:1737_1920x0_80_0_0_c47a0b10b04a9f37a20291a49a466c0f.jpg
BAKI, 11 mart — Sputnik. Avropa İttifaqı bu ilin aprel ayından etibarən dünya təchizatçılarından "mavi yanacaq" almaq məsələsində özəl şirkətləri və ya hökumətləri birləşdirmək üçün nəzərdə tutulmuş qaz "alıcıları karteli" yaratmağa razılıq verib. Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç bu həftə bu barədə bildirib. "Kartel" çərçivəsində ilk sövdələşmələrin 2023-cü ilin iyun ayında, qaz anbarlarının doldurulmasının aktiv dövrü başlayacağı bir vaxtda gözlənilir. Rusiya qazından qaçmaq cəhdləri Aİ bildirir ki, "alıcılar karteli"nin yaradılmasında əsas məqsəd Rusiya qazından imtina və yeni "mavi yanacaq" mənbələrinin əldə edilməsidir. Lakin Rusiya qazından imtina etmək üçün edilən bütün əvvəlki cəhdlər, Rusiya Federasiyasından gələn boru kəmərinin qismən Rusiya mayeləşdirilmiş qazı ilə əvəz edilməsinə səbəb olub. Rusiya qazından imtina etmək üçün bütün əvvəlki cəhdlər ona gətirib çıxarıb ki, Rusiya Federasiyasından gələn boru kəməri qazı qismən Rusiyanın mayeləşdirilmiş qazı ilə əvəz olunub. Belə ki, 2022-ci ilin sonunda Rusiya Avropaya mayeləşdirilmiş təbii qaz (MTQ) tədarükündə ABŞ və Qətərdən sonra üçüncü yeri tutub – son bir ildə Rusiya maye qazının Avropaya ixracı 20%-dən çox artaraq 17 milyon tona çatıb. Avropa yeni qaz alış platformasının Rusiyadan tədarükləri əvəz etmək üçün daha qısamüddətli MTQ müqavilələrinə imkan verməsini gözləyir. Bununla belə, real vəziyyət ondan ibarətdir ki, maye qazın hasilatı üzrə güc artıq ötən il maksimum işləyib və azad qaz hasilatı və mayeləşdirmə güclərinin olmaması səbəbindən qısa müddətdə hasilatı kəskin artırmaq mümkün olmayacaq. Birgə satınalmalar çatışmazlığı aradan qaldırmağa kömək etməyəcək Milli Enerji Təhlükəsizliyi Fondunun (METF) aparıcı eksperti Stanislav Mitraxoviç qeyd edib ki, Avropa İttifaqında birgə qaz alışının bəzi variantları uzun müddət əvvəl, hətta 2022-ci ilə qədər açıqlanıb. Belə ki, ekspertin sözlərinə görə, müzakirələr arasında, həmçinin, bütün müqavilələrin Avropa Komissiyası tərəfindən təsdiqlənməsi təklifi də olub. Yəni bazar vəziyyətinə müdaxilə edəcək müəyyən Avropa dövlət fondunun yaradılması nəzərdə tutulurdu. "Düşünürəm ki, hazırda onlar az miqdarda qazın alınması barədə razılığa gələcəklər. Keçən il onlar 15 milyard kubmetrdən danışdılar, bəlkə də bu il digər həcmlər barədə razılığa gələcəklər ki, bu həcmlər Aİ institutlarının bazasında və ya hansısa biznes assosiasiyaları əsasında hansısa ümumi mexanizmlər vasitəsilə birgə satın alınsınlar", - deyə Mitrahoviç "Sputnik Azərbaycan"a bildirib. İqtisadçı hesab edir ki, belə platformanın yaradılması alıcı üçün daha yaxşı qiymətdə israr etməyə imkan verə bilər və ola bilsin ki, bəzi satıcılar, məsələn, Qətər, Norveç və ya ABŞ bununla razılaşsınlar. "Ancaq düşünürəm ki, hər halda, bəzi kiçik qaz alışları ilə bağlı bu qərar qlobal miqyasda heç nəyi dəyişməyəcək. Çünki Avropada enerji tutumlu istehsalın yenidən başlaması qlobal məqsəddirsə, o zaman Aİ-yə əlavə böyük həcmdə qazın gəlməsi məsələsini həll etmək lazımdır. Və bu problemin həlli, Rusiya olmadan ən azı bir neçə il üfüqdə görünmür", - ekspert belə hesab edir. Problemli təşəbbüs Milli Enerji İnstitutunun baş direktorunun müavini Aleksandr Frolov bildirib ki, Avropa İttifaqı qlobal enerji böhranı zamanı birgə qaz alışı məsələsini dəfələrlə qaldırıb. "İkincisi, dünya miqyasında təklifin həcmidir. Təchizatçılardan heç biri planlarını alıcının ölçüsünün (miqdarının) dəyişməsinə əsasən tənzimləmir. Ümumiyyətlə isə, tədarükçülər üçün o qədər də vacib deyil — onlardan on və ya bir şirkət qaz alacaq", – deyə Frolov sözünə davam edib. Onun sözlərinə görə, bu təşəbbüs eyni vaxtda iki istiqamətdə problemlidir. Birincisi, Avropa bazarında qiymət prinsiplərinin qorunub saxlanmasıdır. Frolov izah edib ki, Aİ qiymətlərin mübadilə prinsipindən əl çəkmir və neftin indeksasiyasına qayıtmır. Ekspert qeyd edib ki, təbii ki, daha böyük oyunçunun daha əlverişli şərtlərə nail olmaq imkanı var, lakin bunun üçün o, alıcıların sayından başqa nəsə təklif etməlidir. "Siz sadəcə bazara girib deyə bilməzsiniz ki, sırf böyük həcmdə qaz götürməyə hazırsınız deyə tədarükçülər sizə endirim etməlidir, çünki Avropa bazarının ümumi tutumu bu səbəbdən artmayacaq. Və yenə də vurğulayıram, qiymətlərin yaranma prinsipləri dəyişməyəcək", - deyə o əlavə edib. Bununla yanaşı ekspert hesab edir ki, Aİ rəhbərliyi birgə satınalma sisteminin inanılmaz uğurunu elan edəcək, çünki onlar bunu qiymətlərin endirilməsi dövründə tətbiq edirlər. "Avropa Komissiyası səbəb-nəticə əlaqələri ilə oynamaq zövqündən imtina etməyəcək. Ancaq bu ilin ortalarında Asiyadakı kotirovkalar yenidən yüksəlsə, Avropa bazarı daha bir qiymət artımını gözləyir. Alıcının ölçüsü isə onu heç cür dayandıra bilməz", - deyə Frolov sözünü yekunlaşdırıb. Qaz bazarının sonu Rusiya Federasiyasının Milli Enerji Təhlükəsizliyi Fondunun qaz problemləri üzrə baş direktorunun müavini Aleksey Qrivaçın sözlərinə görə, bu platformanın yaradılması qaz bazarının sonu demək ola bilər. Ekspert hesab edir ki, aktivlərin milliləşdirilməsi, bazar qiymətlərinin məhdudlaşdırılması mexanizmi və nəhayət, alıcılar karteli qaz bazarının sonudur. "Hazırda Aİ-nin bu sahədəki istənilən təşəbbüslərinə belə cavab vermək olar ki, onlar artıq bazar iqtisadiyyatının standartı deyillər", - deyə Qrivaç sözünü yekunlaşdırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/07/440888275_358:0:3087:2047_1920x0_80_0_0_9fc4bd083ff3017398ce5e33744baab6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
qaz xətti, rusiya, avropa ittifaqı
qaz xətti, rusiya, avropa ittifaqı
Aİ-dəki "alıcılar karteli" qaz bazarına necə təsir edəcək
Aİ bildirir ki, birgə qaz alışı Rusiya Federasiyasından tədarükdən asılılığı azaltmağa yönəlib. "Alıcılar karteli"nin yaradılması Avropanı növbəti enerji böhranından xilas edəcəkmi?
BAKI, 11 mart — Sputnik. Avropa İttifaqı bu ilin aprel ayından etibarən dünya təchizatçılarından "mavi yanacaq" almaq məsələsində özəl şirkətləri və ya hökumətləri birləşdirmək üçün nəzərdə tutulmuş qaz "alıcıları karteli" yaratmağa razılıq verib.
Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç bu həftə bu barədə bildirib.
"Kartel" çərçivəsində ilk sövdələşmələrin 2023-cü ilin iyun ayında, qaz anbarlarının doldurulmasının aktiv dövrü başlayacağı bir vaxtda gözlənilir.
Rusiya qazından qaçmaq cəhdləri
Aİ bildirir ki, "alıcılar karteli"nin yaradılmasında əsas məqsəd Rusiya qazından imtina və yeni "mavi yanacaq" mənbələrinin əldə edilməsidir. Lakin Rusiya qazından imtina etmək üçün edilən bütün əvvəlki cəhdlər, Rusiya Federasiyasından gələn boru kəmərinin qismən Rusiya mayeləşdirilmiş qazı ilə əvəz edilməsinə səbəb olub. Rusiya qazından imtina etmək üçün bütün əvvəlki cəhdlər ona gətirib çıxarıb ki, Rusiya Federasiyasından gələn boru kəməri qazı qismən Rusiyanın mayeləşdirilmiş qazı ilə əvəz olunub.
Belə ki, 2022-ci ilin sonunda Rusiya Avropaya mayeləşdirilmiş təbii qaz (MTQ) tədarükündə ABŞ və Qətərdən sonra üçüncü yeri tutub – son bir ildə Rusiya maye qazının Avropaya ixracı 20%-dən çox artaraq 17 milyon tona çatıb.
Avropa yeni qaz alış platformasının Rusiyadan tədarükləri əvəz etmək üçün daha qısamüddətli MTQ müqavilələrinə imkan verməsini gözləyir. Bununla belə, real vəziyyət ondan ibarətdir ki, maye qazın hasilatı üzrə güc artıq ötən il maksimum işləyib və azad qaz hasilatı və mayeləşdirmə güclərinin olmaması səbəbindən qısa müddətdə hasilatı kəskin artırmaq mümkün olmayacaq.
Birgə satınalmalar çatışmazlığı aradan qaldırmağa kömək etməyəcək
Milli Enerji Təhlükəsizliyi Fondunun (METF) aparıcı eksperti Stanislav Mitraxoviç qeyd edib ki, Avropa İttifaqında birgə qaz alışının bəzi variantları uzun müddət əvvəl, hətta 2022-ci ilə qədər açıqlanıb. Belə ki, ekspertin sözlərinə görə, müzakirələr arasında, həmçinin, bütün müqavilələrin Avropa Komissiyası tərəfindən təsdiqlənməsi təklifi də olub. Yəni bazar vəziyyətinə müdaxilə edəcək müəyyən Avropa dövlət fondunun yaradılması nəzərdə tutulurdu.
"Düşünürəm ki, hazırda onlar az miqdarda qazın alınması barədə razılığa gələcəklər. Keçən il onlar 15 milyard kubmetrdən danışdılar, bəlkə də bu il digər həcmlər barədə razılığa gələcəklər ki, bu həcmlər Aİ institutlarının bazasında və ya hansısa biznes assosiasiyaları əsasında hansısa ümumi mexanizmlər vasitəsilə birgə satın alınsınlar", - deyə Mitrahoviç "Sputnik Azərbaycan"a bildirib.
İqtisadçı hesab edir ki, belə platformanın yaradılması alıcı üçün daha yaxşı qiymətdə israr etməyə imkan verə bilər və ola bilsin ki, bəzi satıcılar, məsələn, Qətər, Norveç və ya ABŞ bununla razılaşsınlar.
"Ancaq düşünürəm ki, hər halda, bəzi kiçik qaz alışları ilə bağlı bu qərar qlobal miqyasda heç nəyi dəyişməyəcək. Çünki Avropada enerji tutumlu istehsalın yenidən başlaması qlobal məqsəddirsə, o zaman Aİ-yə əlavə böyük həcmdə qazın gəlməsi məsələsini həll etmək lazımdır. Və bu problemin həlli, Rusiya olmadan ən azı bir neçə il üfüqdə görünmür", - ekspert belə hesab edir.
Milli Enerji İnstitutunun baş direktorunun müavini Aleksandr Frolov bildirib ki, Avropa İttifaqı qlobal enerji böhranı zamanı birgə qaz alışı məsələsini dəfələrlə qaldırıb.
"Birgə satınalmalar sistemini formalaşdırmaq üçün Aİ mayeləşdirilmiş təbii qazın (MTQ) dünya qiymətlərinin monitorinqi metodologiyasını yaratmağa başlayıb. Eyni zamanda, tədarükçülərin uzunmüddətli müqavilələr çərçivəsində yönəldildikləri "birja etalonunun standartının" dəyişdirilməsinə cəhd edilir. Hələ ki, bildiyimə görə, birgə satınalmalar tələbatın, təxminən, 15%-nə təsir etməlidir ", - deyə Frolov agentliyə verdiyi müsahibəsində fikirlərini bölüşüb.
"İkincisi, dünya miqyasında təklifin həcmidir. Təchizatçılardan heç biri planlarını alıcının ölçüsünün (miqdarının) dəyişməsinə əsasən tənzimləmir. Ümumiyyətlə isə, tədarükçülər üçün o qədər də vacib deyil — onlardan on və ya bir şirkət qaz alacaq", – deyə Frolov sözünə davam edib.
Onun sözlərinə görə, bu təşəbbüs eyni vaxtda iki istiqamətdə problemlidir. Birincisi, Avropa bazarında qiymət prinsiplərinin qorunub saxlanmasıdır. Frolov izah edib ki, Aİ qiymətlərin mübadilə prinsipindən əl çəkmir və neftin indeksasiyasına qayıtmır.
Ekspert qeyd edib ki, təbii ki, daha böyük oyunçunun daha əlverişli şərtlərə nail olmaq imkanı var, lakin bunun üçün o, alıcıların sayından başqa nəsə təklif etməlidir.
"Siz sadəcə bazara girib deyə bilməzsiniz ki, sırf böyük həcmdə qaz götürməyə hazırsınız deyə tədarükçülər sizə endirim etməlidir, çünki Avropa bazarının ümumi tutumu bu səbəbdən artmayacaq. Və yenə də vurğulayıram, qiymətlərin yaranma prinsipləri dəyişməyəcək", - deyə o əlavə edib.
Bununla yanaşı ekspert hesab edir ki, Aİ rəhbərliyi birgə satınalma sisteminin inanılmaz uğurunu elan edəcək, çünki onlar bunu qiymətlərin endirilməsi dövründə tətbiq edirlər.
"Avropa Komissiyası səbəb-nəticə əlaqələri ilə oynamaq zövqündən imtina etməyəcək. Ancaq bu ilin ortalarında Asiyadakı kotirovkalar yenidən yüksəlsə, Avropa bazarı daha bir qiymət artımını gözləyir. Alıcının ölçüsü isə onu heç cür dayandıra bilməz", - deyə Frolov sözünü yekunlaşdırıb.
Rusiya Federasiyasının Milli Enerji Təhlükəsizliyi Fondunun qaz problemləri üzrə baş direktorunun müavini Aleksey Qrivaçın sözlərinə görə, bu platformanın yaradılması qaz bazarının sonu demək ola bilər.
"Düzünü desəm, yəqin ki, özləri də bunun necə işləyəcəyini hələ bilmirlər. Reqlamentin dərc olunmasını gözləmək lazımdır, amma artıq indidən söyləmək olar ki, bütün bu bəyannamələr – guya ki, Aİ azad qaz bazarı qurur və digər ölkələrə bu yüksək bazar standartlarına cavab verməyi təklif edir, tamamilə rəsmi olaraq zibil qutusuna atılıb", – deyə Qrivaç "Sputnik Azərbaycan"a bildirib.
Ekspert hesab edir ki, aktivlərin milliləşdirilməsi, bazar qiymətlərinin məhdudlaşdırılması mexanizmi və nəhayət, alıcılar karteli qaz bazarının sonudur.
"Hazırda Aİ-nin bu sahədəki istənilən təşəbbüslərinə belə cavab vermək olar ki, onlar artıq bazar iqtisadiyyatının standartı deyillər", - deyə Qrivaç sözünü yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.