https://sputnik.az/20230310/rusiya-aktivlerinin-dondurulmasina-qarsi-mubarizesini-davam-etdirecek---peskov-452566091.html
Rusiya aktivlərinin dondurulmasına qarşı mübarizəsini davam etdirəcək - Peskov
Rusiya aktivlərinin dondurulmasına qarşı mübarizəsini davam etdirəcək - Peskov
Sputnik Azərbaycan
RF Prezidentinin mətbuat katibi bildirib ki, aktivlərin dondurulması xüsusi mülkiyyətə qəsd, yəni dünya iqtisadiyyatının əsaslarına qəsddən başqa bir şey... 10.03.2023, Sputnik Azərbaycan
2023-03-10T19:51+0400
2023-03-10T19:51+0400
2023-03-10T19:51+0400
peskov
rusiya
avropa ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0d/443966963_0:161:3071:1888_1920x0_80_0_0_2c585b10742de07744a00916578e342f.jpg
BAKI, 10 mart — Sputnik. Rusiya Avropa İttifaqı tərəfindən Rusiya aktivlərinin dondurulmasına qarşı mübarizəni davam etdirəcək, bu, dünya iqtisadiyyatının əsaslarına qəsddir. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. "Biz bu blokadaları qəbul etmirik və onları beynəlxalq hüququn pozulması və dövlət və xüsusi mülkiyyətə qəsd, yəni dünya iqtisadiyyatının əsaslarına qəsddən başqa bir şey hesab etmirik. Bu, qeyri-qanunidir. Biz bununla mübarizə aparacağıq", - Kremlin sözçüsü Avropa İttifaqının hələ də Rusiya aktivlərinin böyük bir hissəsini dondurmağa çalışması ilə bağlı Kremlin münasibəti ilə bağlı sualı cavablandırarkən bildirib. Bir gün əvvəl "Bloomberg" xəbər vermişdi ki, Aİ hazırda Rusiya aktivlərinin əksəriyyətini dondura bilmir və dondurulmuş aktivlərin ümumi məbləği son aylarda bir qədər artıb. Agentliyin məlumatına görə, Avropa İttifaqı bu günə qədər Rusiyanın cəmi 21 milyard avro məbləğində aktivlərini dondurub. Baxmayaraq ki, Avropa Komissiyasının rəsmi statistikasına görə, 2019-cu ildə Rusiyanın Aİ-yə birbaşa xarici investisiyalarının həcmi 136 milyard avro həcmində qiymətləndirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0d/443966963_170:0:2901:2048_1920x0_80_0_0_0d6a1e90929f673646b2f318259f27f4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
peskov, avropa ittifaqı
Rusiya aktivlərinin dondurulmasına qarşı mübarizəsini davam etdirəcək - Peskov
RF Prezidentinin mətbuat katibi bildirib ki, aktivlərin dondurulması xüsusi mülkiyyətə qəsd, yəni dünya iqtisadiyyatının əsaslarına qəsddən başqa bir şey deyil.
BAKI, 10 mart — Sputnik. Rusiya Avropa İttifaqı tərəfindən Rusiya aktivlərinin dondurulmasına qarşı mübarizəni davam etdirəcək, bu, dünya iqtisadiyyatının əsaslarına qəsddir. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz bu blokadaları qəbul etmirik və onları beynəlxalq hüququn pozulması və dövlət və xüsusi mülkiyyətə qəsd, yəni dünya iqtisadiyyatının əsaslarına qəsddən başqa bir şey hesab etmirik. Bu, qeyri-qanunidir. Biz bununla mübarizə aparacağıq", - Kremlin sözçüsü Avropa İttifaqının hələ də Rusiya aktivlərinin böyük bir hissəsini dondurmağa çalışması ilə bağlı Kremlin münasibəti ilə bağlı sualı cavablandırarkən bildirib.
"Qoy avropalılar bu problemlərlə özləri məşğul olsunlar", - Peskov əlavə edib.
Bir gün əvvəl "Bloomberg" xəbər vermişdi ki, Aİ hazırda Rusiya aktivlərinin əksəriyyətini dondura bilmir və dondurulmuş aktivlərin ümumi məbləği son aylarda bir qədər artıb.
Agentliyin məlumatına görə, Avropa İttifaqı bu günə qədər Rusiyanın cəmi 21 milyard avro məbləğində aktivlərini dondurub. Baxmayaraq ki, Avropa Komissiyasının rəsmi statistikasına görə, 2019-cu ildə Rusiyanın Aİ-yə birbaşa xarici investisiyalarının həcmi 136 milyard avro həcmində qiymətləndirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.