https://sputnik.az/20230310/a-embarqosundan-sonra-rusiyadan-dizel-tedarukunun-texminen-80-i-dost-olkelere-gedir-452520782.html
Aİ embarqosundan sonra Rusiyadan dizel tədarükünün, təxminən, 80%-i dost ölkələrə gedir
Aİ embarqosundan sonra Rusiyadan dizel tədarükünün, təxminən, 80%-i dost ölkələrə gedir
Sputnik Azərbaycan
Rusiya karbohidrogenləri qlobal enerji balansının qorunmasında əsas amildir. 10.03.2023, Sputnik Azərbaycan
2023-03-10T08:45+0400
2023-03-10T08:45+0400
2023-03-10T08:45+0400
ai
rusiya
dizel
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1f/450244040_0:161:3071:1888_1920x0_80_0_0_9729d80a3160381c5ef22fec1c186c5b.jpg
BAKI, 10 mart — Sputnik. Avropa İttifaqının yanacaq sanksiyalarının qüvvəyə mindiyi fevral ayında Rusiya dizel yanacağının tədarükünün 80%-ni dost ölkələrə göndərib, daha 13%-i isə bir sıra Avropa ölkələrinə gedib. Neft və Qaz Sektoru üzrə Müstəqil Analitik Agentliyin baş direktoru Tamara Safonova bu barədə "RİA Novosti"yə bildirib. Bir sıra ölkələrin Rusiyadan tədarüklərə qarşı tətbiq etdiyi yanacaq sanksiyaları fevralın 5-dən qüvvəyə minib: Avropa İttifaqı Rusiya neft məhsullarının idxalına qadağa qoyub, Aİ və G7 ölkələri isə onlar üçün qiymət tavanı müəyyən ediblər. Limit Rusiyadan etalon növlü neftin qiyməti (dizel yanacağı) üçün bir barelə 100 dollar, endirimlə satılanlar üçün isə 45 dollar (mazut) müəyyən edilib. Bir sıra ölkələr üçün sanksiyalardan istisnalar edilib. "2023-cü ilin fevral ayının nəticələrinə görə, Rusiyadan dizel yanacağının 78%-i dost ölkələrə: Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, Əlcəzair, Tunis, Braziliya, Mərakeşə göndərilib. Dizel yanacağının Aİ ölkələrinə (Latviya, Bolqarıstan) və Böyük Britaniyanın xarici ərazisi olan Cəbəllütariqə ixracı isə 13% təşkil edib", - deyə agentliyin həmsöhbəti bildirib. O xatırladıb ki, Rusiya Federasiyasından neft məhsullarının qiymətləri ilə bağlı sanksiyalar Bolqarıstana, Xorvatiyaya və dənizə çıxışı olmayan Avropa İttifaqı ölkələrinə tədarüklərə təsir etməyib. Dizel tədarükünün qalan 9%-i neytral idxalçı ölkələrin, yəni BƏƏ, Gürcüstan, Liviya, Qana və Toqonun payına düşüb. "Rusiya neft məhsullarının tədarükünə qoyulan embarqodan və onlara qiymət tavanının müəyyən edilməsindən sonra dünya bazarında tələbdə kritik azalma müşahidə olunmur", - deyə Safonova əlavə edib və dünyada hələ də tələbatda müəyyən azalma olduğunu qeyd edib. Xüsusilə, Çində anti-COVID məhdudiyyətləri "qısa" fevral ayında Rusiyadan dənizdə dizel tədarükünün 14% azalması ilə nəticələnib. "Eyni zamanda, Rusiya karbohidrogenləri qlobal enerji balansının qorunmasında əsas amildir və Rusiya neft yük axınlarının qlobal transformasiyası Aİ ölkələrinin uzadılmış tədarük zənciri boyunca qalıq ehtiyatlara sahib olmasına səbəb oldu", - deyə agentliyin həmsöhbət vurğulayıb. Hələ fevral ayında Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiya 2023-cü ildə neft ixracının 80%-dən çoxunu və neft məhsullarının 75%-ni dost ölkələrə göndərməyi planlaşdırır. O əlavə edib ki, Rusiya yeni bazarlar axtarmağa və tapmağa davam edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1f/450244040_170:0:2901:2048_1920x0_80_0_0_2de2198f65ad22f05faee38a088d05bd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
ai, dizel
Aİ embarqosundan sonra Rusiyadan dizel tədarükünün, təxminən, 80%-i dost ölkələrə gedir
Rusiya karbohidrogenləri qlobal enerji balansının qorunmasında əsas amildir.
BAKI, 10 mart — Sputnik. Avropa İttifaqının yanacaq sanksiyalarının qüvvəyə mindiyi fevral ayında Rusiya dizel yanacağının tədarükünün 80%-ni dost ölkələrə göndərib, daha 13%-i isə bir sıra Avropa ölkələrinə gedib.
Neft və Qaz Sektoru üzrə Müstəqil Analitik Agentliyin baş direktoru Tamara Safonova bu barədə "RİA Novosti"yə bildirib.
Bir sıra ölkələrin Rusiyadan tədarüklərə qarşı tətbiq etdiyi yanacaq sanksiyaları fevralın 5-dən qüvvəyə minib: Avropa İttifaqı Rusiya neft məhsullarının idxalına qadağa qoyub, Aİ və G7 ölkələri isə onlar üçün qiymət tavanı müəyyən ediblər. Limit Rusiyadan etalon növlü neftin qiyməti (dizel yanacağı) üçün bir barelə 100 dollar, endirimlə satılanlar üçün isə 45 dollar (mazut) müəyyən edilib. Bir sıra ölkələr üçün sanksiyalardan istisnalar edilib.
"2023-cü ilin fevral ayının nəticələrinə görə, Rusiyadan dizel yanacağının 78%-i dost ölkələrə: Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, Əlcəzair, Tunis, Braziliya, Mərakeşə göndərilib. Dizel yanacağının Aİ ölkələrinə (Latviya, Bolqarıstan) və Böyük Britaniyanın xarici ərazisi olan Cəbəllütariqə ixracı isə 13% təşkil edib", - deyə agentliyin həmsöhbəti bildirib.
O xatırladıb ki, Rusiya Federasiyasından neft məhsullarının qiymətləri ilə bağlı sanksiyalar Bolqarıstana, Xorvatiyaya və dənizə çıxışı olmayan Avropa İttifaqı ölkələrinə tədarüklərə təsir etməyib. Dizel tədarükünün qalan 9%-i neytral idxalçı ölkələrin, yəni BƏƏ, Gürcüstan, Liviya, Qana və Toqonun payına düşüb.
"Rusiya neft məhsullarının tədarükünə qoyulan embarqodan və onlara qiymət tavanının müəyyən edilməsindən sonra dünya bazarında tələbdə kritik azalma müşahidə olunmur", - deyə Safonova əlavə edib və dünyada hələ də tələbatda müəyyən azalma olduğunu qeyd edib. Xüsusilə, Çində anti-COVID məhdudiyyətləri "qısa" fevral ayında Rusiyadan dənizdə dizel tədarükünün 14% azalması ilə nəticələnib.
"Eyni zamanda, Rusiya karbohidrogenləri qlobal enerji balansının qorunmasında əsas amildir və Rusiya neft yük axınlarının qlobal transformasiyası Aİ ölkələrinin uzadılmış tədarük zənciri boyunca qalıq ehtiyatlara sahib olmasına səbəb oldu", - deyə agentliyin həmsöhbət vurğulayıb.
Hələ fevral ayında Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiya 2023-cü ildə neft ixracının 80%-dən çoxunu və neft məhsullarının 75%-ni dost ölkələrə göndərməyi planlaşdırır. O əlavə edib ki, Rusiya yeni bazarlar axtarmağa və tapmağa davam edir.