Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya xaricdən dondurulmuş aktivləri geri qaytarmağa çalışır

© AP Photo / Burhan OzbiliciDollar
Dollar - Sputnik Azərbaycan, 1920, 09.03.2023
Abunə olmaq
Rusiyalıların bloklanan bəzi aktivləri üçün onların mənşəyinin heç bir cinayət xarakterli olmadığı, buna görə də bloklanmasının qanunsuz olduğu təsdiqlənib.
BAKI, 9 mart — Sputnik. Rusiya sanksiyalar nəticəsində xaricdəki dondurulmuş aktivləri qaytarmağa çalışır.
"Rusiya Federal Maliyyə Monitorinqi Xidməti"nin direktoru Yuri Çixançin Prezident Vladimir Putinlə görüşdə bunu bildirib.
Çixançinin sözlərinə görə, rusiyalıların bloklanan bəzi aktivləri üçün onların mənşəyinin heç bir cinayət xarakterli olmadığı, buna görə də bloklanmasının qanunsuz olduğu təsdiqlənib. Bu, o deməkdir ki, onların sahibləri gələcəkdə məhkəməyə müraciət edərək öz aktivlərini geri ala bilərlər.
"Biz xaricdəki maliyyə kəşfiyyat orqanları ilə fəal əməkdaşlıq edirik. Onlar bizə təsdiq edirlər ki, bəzi aktivlər cinayət xarakterli deyil. Beynəlxalq platformalarda bunların tamamilə qanunsuz hərəkətlər olduğunu söyləmək imkanımız var", - deyə "Rusiya Federal Maliyyə Monitorinqi Xidməti"nin rəhbəri bildirib.
Bundan əvvəl Aİ-də Ukraynanın bərpası üçün dondurulmuş Rusiya aktivlərinin istifadəsi üzrə işçi qrupunun yaradılmasının planlaşdırıldığı barədə məlumat verilmişdi. Bununla əlaqədar olaraq, Rusiya Xarici İşlər Nazirliyi Aİ-dəki Rusiyanın aktivlərini müsadirə etmək cəhdi ilə bağlı Moskvanın mümkün kompensasiya tədbirləri barədə xəbərdarlıq edib.
Xəbər lenti
0