Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və Səudiyyə Ərəbistanı OPEC+-la bağlı razılığa gəlib

© AP Photo / Lisa LeutnerOPEC loqosu
OPEC loqosu - Sputnik Azərbaycan, 1920, 09.03.2023
Abunə olmaq
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, danışıqlar çərçivəsində Rusiya və Səudiyyə Ərəbistanı tərəfləri gələcəkdə ticarətin artırılması üçün əlavə addımlar atmaq barədə razılığa gəliblər.
BAKI, 9 mart — Sputnik. Rusiya və Səudiyyə Ərəbistanı OPEC+ çərçivəsində fəaliyyətlərin koordinasiyasını davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
"Biz OPEC+ çərçivəsində fəaliyyətlərin gələcək koordinasıyasına qarşılıqlı olaraq hazır olduğumuzu bir daha təsdiqlədik, bu formatda iştirak edən bütün ölkələr qlobal enerji bazarında lazımi tarazlığın və sabitliyin təmin edilməsi üçün öz öhdəliklərini ardıcıl şəkildə yerinə yetirirlər", - o deyib.
Xarici işlər naziri həmçinin qeyd edib ki, danışıqlar çərçivəsində Rusiya və Səudiyyə Ərəbistanı tərəfləri gələcəkdə ticarətin artırılması üçün əlavə addımlar atmaq barədə razılığa gəliblər. Nazirin sözlərinə görə, ticarət-iqtisadi, elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın bu il Moskvada keçiriləcək iclası da buna yönələcək.
Xəbər lenti
0