Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov “Şimal axını”nda baş verən partlayışlara görə Qərb mediasını tənqid edib

© AFP 2024 / BYAMBASUREN BYAMBA-OCHIRRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 09.03.2023
Abunə olmaq
Rusiyanın xarici işlər naziri bildirib ki, Moskvanın partlayışlarla bağlı qərəzsiz araşdırma aparmağı xahiş etdiyi BMT Katibliyi "tam passivlik nümayiş etdirir".
BAKI, 9 mart — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb mediasının "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərində baş verən partlayışlara görə günahı müəyyən bir ukraynalı oliqarxın üzərinə atmaq cəhdlərini biabırçılıq adlandırıb.
"Nəzarət edilən Qərb mediası vasitəsilə bu cür versiyanı irəli sürənlər üçün sadəcə ayıbdır. Moskvanın partlayışlarla bağlı qərəzsiz araşdırma aparmağı xahiş etdiyi BMT Katibliyi "tam passivlik nümayiş etdirir", - Lavrov mətbuat konfransında bildirib.
"BMT-nin Baş katib və onun əməkdaşları "Şimal axını" və "Şimal axını 2" qaz kəmərlərində baş verən partlayışlarla bağlı jurnalistlərin haqlı suallarına reaksiya verməmək üçün mümkün olan hər şeyi edirlər", - Rusiya XİN rəhbəri əlavə edib.
"The New York Times" kəşfiyyat məlumatları əsasında yazıb ki, Rusiya qazının Avropaya nəqli üçün əsas marşrutun bağlanması planları arxasında ola bilsin ki, Kiyevə məlum olmayan müəyyən bir ukraynayönlü qrup dayanıb. Eyni zamanda Almaniyanın "Zeit" qəzeti boru kəmərlərinə hücumun izlərinin Ukrayna istiqamətində olduğunu yazıb.
2022-ci ilin sentyabrın 26-da Rusiyanın Avropa istiqamətindəki iki qaz kəmərinə - "Şimal axını" və "Şimal axını 2"yə hücumlar baş verib. Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etmir. "Şimal axını"nın operatoru "Nord Stream AG" qaz kəmərlərində fövqəladə vəziyyətin görünməmiş olduğunu və təmir vaxtını təxmin etməyin mümkün olmadığını bildirib. Rusiya Federasiyasının Baş Prokurorluğu "Şimal axını" qaz kəmərlərinə dəyən ziyandan sonra beynəlxalq terror aktı ilə bağlı cinayət işi açıb.
Oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putin bildirib ki, "Qazprom"a "Şimal axını"nda partlayış baş verən əraziyə baxış keçirməyə icazə verilib və şirkətin rəhbəri Aleksey Miller ona təhqiqatlar haqqında məlumat verib. Putin həmçinin bildirib ki, "Şimal axını" qaz kəmərində baş verən partlayış açıq-aşkar terror aktıdır.ə Nord Stream AG (Nord Stream AG) bir gün əvvəl "Şimal axını və Şimal axını 2 dəniz qaz kəmərlərinin üç xəttində" baş vermiş "görünməmiş dağıntılar" haqqında məlumat verdi. boru kəmərlərinin dəniz yolları.
Xəbər lenti
0