Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Çini ABŞ-la mübarizə naminə Rusiyanı dəstəkləməkdə ittiham etmək əsassızdır - Kreml

© AFP 2024 / NATALIA KOLESNIKOVAKremlə mənzərə
Kremlə mənzərə - Sputnik Azərbaycan, 1920, 09.03.2023
Abunə olmaq
Pekin Çinin ABŞ-a meydan oxumaq üçün Rusiyanın yanında olduğunu dəfələrlə təkzib edib.
BAKI, 9 mart — Sputnik. Çin dəfələrlə ABŞ-la qarşıdurma naminə Rusiyanı dəstəkləməkdə ittiham olunub və bu dəfələrlə təkzib edilib.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
ABŞ kəşfiyyatının ABŞ-ın təhdidləri ilə bağlı illik hesabatında, həmçinin, qeyd olunub ki, Çin "ABŞ-a meydan oxumaq cəhdlərini davam etdirmək" üçün Rusiya Federasiyası ilə hərtərəfli əlaqələr saxlayır.
"Çinin ABŞ-a meydan oxumaq üçün Rusiyanın yanında olduğu barədə məlumatlar var. Pekin bunu dəfələrlə təkzib edib. Bu cür ittihamlar vaxtaşırı irəli sürülür", - deyə Peskov bildirib.
Bundan əvvəl Çin Xalq Respublikasının sədri Si Tszinpinin martın 21-də Rusiyaya mümkün səfəri barədə məlumat yayılmışdı. Çin Xarici İşlər Nazirliyi bu məlumatları təsdiq və ya təkzib etməyib.
Xəbər lenti
0