Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan rusiyalıların daha çox səfər etdikləri ölkələr arasındadır

© Photo : AZALHeydər Əliyev aeroportunda
Heydər Əliyev aeroportunda  - Sputnik Azərbaycan, 1920, 09.03.2023
Abunə olmaq
Yaz fəslində rusiyalılar daha çox Özbəkistan, Azərbaycan və Türkiyəyə səfərlər üçün aviabiletlər əldə ediblər.
BAKI, 9 mart — Sputnik. Azərbaycan yaz aylarında rusiyalıların təyyarə ilə səfər etdikləri üç populyar ölkə sırasındadır.
Bu, "tutu.ru" və "Alfasığorta" şirkətlərinin apardıqları tədqiqatın nəticələrindən məlum olub. Yaz fəslində rusiyalılar daha çox Özbəkistan, Azərbaycan və Türkiyəyə səfərlər üçün aviabiletlər əldə ediblər.
Rusiyadan Azərbaycana aviabiletlərin orta qiyməti 26 min 400 rubl (təxminən 600 manat) təşkil edir. Özbəkistana uçuşlar 27 min 200 rubl, Türkiyəyə isə 38 min 600 rubl məbləğindədir.
Uzaq xarici ölkələr arasında Tailand və Misir daha populyardır.
Xəbər lenti
0