https://sputnik.az/20230309/a-nin-rusiya-ile-iqtisadi-munasibetlerinin-berpasi-arzuolunandir---orban-452533516.html
Aİ-nin Rusiya ilə iqtisadi münasibətlərinin bərpası arzuolunandır - Orban
Aİ-nin Rusiya ilə iqtisadi münasibətlərinin bərpası arzuolunandır - Orban
Sputnik Azərbaycan
Macarıstanın baş naziri bildirib ki, Avropanın iqtisadi mənzərəsindəki daha bir dəyişiklik Ukraynanın, faktiki olaraq, artıq Aİ və NATO-ya üzv olmağa namizəd... 09.03.2023, Sputnik Azərbaycan
2023-03-09T23:09+0400
2023-03-09T23:09+0400
2023-03-09T23:09+0400
viktor orban
rusiya
macarıstan
avropa ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1a/450022796_0:0:3073:1728_1920x0_80_0_0_fa91f3abc42389f655bab283bae63cfb.jpg
BAKI, 9 mart — Sputnik. Macarıstan hökuməti Avropa İttifaqının Rusiya ilə iqtisadi əlaqələri bərpa etməsini istərdi, lakin bunun yaxın gələcəkdə baş verə biləcəyinə inanmır. Bunu cümə axşamı Macarıstan Ticarət və Sənaye Palatasının Budapeştdə təşkil etdiyi iqtisadi konfransda çıxış edən Baş nazir Viktor Orban deyib. "Hazırda Avropada hakimiyyətin restrukturizasiyası gedir, bu, əlaqələndirilmiş şəkildə və bir neçə səviyyədə baş verir. İlk addım Avropa iqtisadiyyatının Rusiya iqtisadiyyatından ayrılması oldu", - hökumət başçısı bildirib. O qeyd edib ki, Rusiya ilə iqtisadi münasibətlərin bərpası arzuolunan olardı, amma özü də buna inanmır. Onun fikrincə, Avropanın iqtisadi mənzərəsindəki daha bir dəyişiklik Ukraynanın, faktiki olaraq, artıq Aİ və NATO-ya üzv olmağa namizəd kimi baxılması ilə bağlıdır. "Bir il əvvəl, belə bir fikir absurd görünə bilərdi, amma indi baş verir", - Orban bildirib. Onun sözlərinə görə, qitədə "yeni təhlükəsizlik zonası" formalaşır və bunun yaranması iqtisadi nəticələrə səbəb olacaq. Baş nazir Ukraynadakı münaqişə ilə əlaqədar ABŞ silahlı qüvvələrinin Polşada mövcudluğunun artırılmasını nəzərdə tutduğunu bildirib. "Əvvəllər siyasi xəritədə görmədiyimiz yeni tipli Avropa mərkəzi yaranır", - Orban deyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1a/450022796_131:0:2862:2048_1920x0_80_0_0_8c065bdfd9211ebea661a873782c45a5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
viktor orban, macarıstan, avropa ittifaqı
viktor orban, macarıstan, avropa ittifaqı
Aİ-nin Rusiya ilə iqtisadi münasibətlərinin bərpası arzuolunandır - Orban
Macarıstanın baş naziri bildirib ki, Avropanın iqtisadi mənzərəsindəki daha bir dəyişiklik Ukraynanın, faktiki olaraq, artıq Aİ və NATO-ya üzv olmağa namizəd kimi baxılması ilə bağlıdır.
BAKI, 9 mart — Sputnik. Macarıstan hökuməti Avropa İttifaqının Rusiya ilə iqtisadi əlaqələri bərpa etməsini istərdi, lakin bunun yaxın gələcəkdə baş verə biləcəyinə inanmır.
Bunu cümə axşamı Macarıstan Ticarət və Sənaye Palatasının Budapeştdə təşkil etdiyi iqtisadi konfransda çıxış edən Baş nazir Viktor Orban deyib.
"Hazırda Avropada hakimiyyətin restrukturizasiyası gedir, bu, əlaqələndirilmiş şəkildə və bir neçə səviyyədə baş verir. İlk addım Avropa iqtisadiyyatının Rusiya iqtisadiyyatından ayrılması oldu", - hökumət başçısı bildirib.
O qeyd edib ki, Rusiya ilə iqtisadi münasibətlərin bərpası arzuolunan olardı, amma özü də buna inanmır.
Onun fikrincə, Avropanın iqtisadi mənzərəsindəki daha bir dəyişiklik Ukraynanın, faktiki olaraq, artıq Aİ və NATO-ya üzv olmağa namizəd kimi baxılması ilə bağlıdır.
"Bir il əvvəl, belə bir fikir absurd görünə bilərdi, amma indi baş verir", - Orban bildirib.
Onun sözlərinə görə, qitədə "yeni təhlükəsizlik zonası" formalaşır və bunun yaranması iqtisadi nəticələrə səbəb olacaq. Baş nazir Ukraynadakı münaqişə ilə əlaqədar ABŞ silahlı qüvvələrinin Polşada mövcudluğunun artırılmasını nəzərdə tutduğunu bildirib.
"Əvvəllər siyasi xəritədə görmədiyimiz yeni tipli Avropa mərkəzi yaranır", - Orban deyib.