https://sputnik.az/20230307/vasinqton-ukraynada-muharibenin-bitmesini-istemir---peskov-452463482.html
Vaşinqton Ukraynada müharibənin bitməsini istəmir - Peskov
Vaşinqton Ukraynada müharibənin bitməsini istəmir - Peskov
Sputnik Azərbaycan
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Vaşinqton bu müharibəninin davam etməsini istəyir və bunun üçün hər şeyi edəcək. 07.03.2023, Sputnik Azərbaycan
2023-03-07T16:19+0400
2023-03-07T16:19+0400
2023-03-07T16:19+0400
dmitri peskov
rusiya
çin
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444187_0:31:3069:1757_1920x0_80_0_0_bf6faa86fa29bf93ffe736b3d4cbdf6d.jpg
BAKI, 7 mart — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Çinin xarici işlər naziri Qin Qanın Ukraynadakı böhrana gözəgörünməz əlin rəhbərlik etməsi ilə bağlı səsləndirdiyi fikirlərlə razılaşmadığını bildirib.Kreml sözçüsü diqqətə çatdırıb ki, bu, Ukraynadakı hərbi münaqişənin bitməsini istəməyən Vaşinqtondur. "Yəqin ki, biz çinli yoldaşlarımızla razılaşmaya bilərik" deyən Peskov Çin xarici işlər nazirinin bəyanatını şərh edərək, bu fikir ayrılığının zarafatla boyandığını qeyd edib.Xatırladaq ki, Ümumçin Xalq Nümayəndələri Yığıncağının sessiyası kənarında keçirilən illik mətbuat konfransında Çinin xarici işlər naziri Qin Qan Rusiya və Ukrayna arasında danışıqları təşviq etmək səylərinin uğursuz olduğunu bildirib.Onun sözlərinə görə, "gözəgörünməz əl münaqişəni daha da uzanmağa və eskalasiyaya sövq edir və həmin əl Ukrayna böhranından öz geosiyasi niyyətləri üçün istifadə etməyə çalışır".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444187_169:0:2900:2048_1920x0_80_0_0_b21556533fa09517cc89c94cdb4175da.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dmitri peskov, çin
Vaşinqton Ukraynada müharibənin bitməsini istəmir - Peskov
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Vaşinqton bu müharibəninin davam etməsini istəyir və bunun üçün hər şeyi edəcək.
BAKI, 7 mart — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Çinin xarici işlər naziri Qin Qanın Ukraynadakı böhrana gözəgörünməz əlin rəhbərlik etməsi ilə bağlı səsləndirdiyi fikirlərlə razılaşmadığını bildirib.
Kreml sözçüsü diqqətə çatdırıb ki, bu, Ukraynadakı hərbi münaqişənin bitməsini istəməyən Vaşinqtondur.
"Yəqin ki, biz çinli yoldaşlarımızla razılaşmaya bilərik" deyən Peskov Çin xarici işlər nazirinin bəyanatını şərh edərək, bu fikir ayrılığının zarafatla boyandığını qeyd edib.
"Məsələnin necə olduğunu bilirsinizmi? Çünki bu əl görünməz deyil, bu əl görünür. Bu, Amerika Birləşmiş Ştatlarının əlidir, bu, Vaşinqtonun əlidir. Vaşinqton bu müharibənin bitməsini istəmir, Vaşinqton bu müharibənin davam etməsini istəyir və bunun üçün hər şeyi edəcək. Bu, görünən əldir", - Rusiya liderinin sözçüsü bildirib.
Xatırladaq ki, Ümumçin Xalq Nümayəndələri Yığıncağının sessiyası kənarında keçirilən illik mətbuat konfransında Çinin xarici işlər naziri Qin Qan Rusiya və Ukrayna arasında danışıqları təşviq etmək səylərinin uğursuz olduğunu bildirib.
Onun sözlərinə görə, "gözəgörünməz əl münaqişəni daha da uzanmağa və eskalasiyaya sövq edir və həmin əl Ukrayna böhranından öz geosiyasi niyyətləri üçün istifadə etməyə çalışır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.