Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Dövlət Dumasının nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

© Photo : Milli MajlisRusiya Dövlət Dumasının nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib
Rusiya Dövlət Dumasının nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib - Sputnik Azərbaycan, 1920, 07.03.2023
Abunə olmaq
Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.
BAKI, 7 mart — Sputnik. Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması sədrinin müavini Şolban Kara-oolun başçılıq etdiyi nümayəndə heyəti martın 7-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Bu barədə parlamentdən məlumat verilib.
© Photo : Milli MajlisRusiya Dövlət Dumasının nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib
Rusiya Dövlət Dumasının nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib - Sputnik Azərbaycan, 1920, 07.03.2023
Rusiya Dövlət Dumasının nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib
Ziyarətçilər Ulu Öndərin məzarı önünə gül dəstəsi qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
© Photo : Milli MajlisRusiya Dövlət Dumasının nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib
Rusiya Dövlət Dumasının nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib - Sputnik Azərbaycan, 1920, 07.03.2023
Rusiya Dövlət Dumasının nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclis sədrinin müavini Adil Əliyev və digər rəsmi şəxslər müşayiət ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0