https://sputnik.az/20230307/fuzulide-qazaxistan-terefinden-tikilecek-mektebin-temelqoyma-merasimi-kecirilib-452467774.html
Füzulidə Qazaxıstan tərəfindən tikiləcək məktəbin təməlqoyma mərasimi keçirilib
Füzulidə Qazaxıstan tərəfindən tikiləcək məktəbin təməlqoyma mərasimi keçirilib
Sputnik Azərbaycan
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Qazaxıstan Respublikasının Azərbaycandakı... 07.03.2023, Sputnik Azərbaycan
2023-03-07T17:55+0400
2023-03-07T17:55+0400
2023-03-07T17:55+0400
füzuli
qarabağ
qazaxıstan
məktəb
https://cdnn1.img.sputnik.az/img/07e7/03/07/452467619_0:0:2731:1537_1920x0_80_0_0_382096652e2be8467a8946b60ec7ff44.jpg
BAKI, 7 mart — Sputnik. Bu gün, işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan Respublikası tərəfindən ianə və inşa olunacaq "Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzi"nin təməlqoyma mərasimi keçirilib. İncəsənət məktəbinin yol xəritəsinə uyğun olaraq baş tutan tədbirdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov, layihəni həyata keçirəcək icraçı şirkət "Bİ-Group" Holdinqin Direktorlar Şurasının sədri Aydın Rahimbayev və digər səlahiyyətli şəxslər iştirak edib. Layihəyə əsasən incəsənət məktəbi Füzuli şəhərində ümumi sahəsi 1,5 ha ərazidə yerləşəcək. Tikili sahəsi 2708 kv.m, 2 mərtəbəli binadan ibarət olacaq məktəbdə hər biri 300 nəfər olmaqla növbəli şəkildə 600 nəfər şagirdin təhsil alması üçün lazımi şəraitin yaradılması nəzərdə tutulub. Burada şagirdlər üçün xanəndəlik sənəti, xalçaçılıq, heykəltaraşlıq və zərgərlik sənətləri, musiqi və rəssamlıq dərsləri, həmçinin qrafik dizayn təlimləri üzrə tədrisin təşkili planlaşdırılır. Qeyd edək ki, incəsənət məktəbinin layihəsi üzrə Azərbaycan və Qazaxıstan nümayəndə heyətlərinin yer aldığı işçi qrupu yaradılmış, müvafiq görüşlər keçirilərək, qarşıdakı hədəflər müzakirə olunub. Digər layihələr kimi bu layihə də Azərbaycan ilə Qazaxıstan arasındakı ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə incəsənət sahəsi üzrə təhsilin genişlənməsinə və yaxın bölgələrdən olan istedadlı gənclərin bir araya toplanmasına öz töhfəsini verəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/07/452467619_0:0:2731:2048_1920x0_80_0_0_ad94240b0e01df71870b785e49eea157.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
füzuli, qazaxıstan, məktəb
füzuli, qazaxıstan, məktəb
Füzulidə Qazaxıstan tərəfindən tikiləcək məktəbin təməlqoyma mərasimi keçirilib
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov iştirak edib.
BAKI, 7 mart — Sputnik. Bu gün, işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan Respublikası tərəfindən ianə və inşa olunacaq "Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzi"nin təməlqoyma mərasimi keçirilib.
İncəsənət məktəbinin yol xəritəsinə uyğun olaraq baş tutan tədbirdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov, layihəni həyata keçirəcək icraçı şirkət "Bİ-Group" Holdinqin Direktorlar Şurasının sədri Aydın Rahimbayev və digər səlahiyyətli şəxslər iştirak edib.
Layihəyə əsasən incəsənət məktəbi Füzuli şəhərində ümumi sahəsi 1,5 ha ərazidə yerləşəcək. Tikili sahəsi 2708 kv.m, 2 mərtəbəli binadan ibarət olacaq məktəbdə hər biri 300 nəfər olmaqla növbəli şəkildə 600 nəfər şagirdin təhsil alması üçün lazımi şəraitin yaradılması nəzərdə tutulub. Burada şagirdlər üçün xanəndəlik sənəti, xalçaçılıq, heykəltaraşlıq və zərgərlik sənətləri, musiqi və rəssamlıq dərsləri, həmçinin qrafik dizayn təlimləri üzrə tədrisin təşkili planlaşdırılır.
Qeyd edək ki, incəsənət məktəbinin layihəsi üzrə Azərbaycan və Qazaxıstan nümayəndə heyətlərinin yer aldığı işçi qrupu yaradılmış, müvafiq görüşlər keçirilərək, qarşıdakı hədəflər müzakirə olunub.
Digər layihələr kimi bu layihə də Azərbaycan ilə Qazaxıstan arasındakı ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə incəsənət sahəsi üzrə təhsilin genişlənməsinə və yaxın bölgələrdən olan istedadlı gənclərin bir araya toplanmasına öz töhfəsini verəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.