https://sputnik.az/20230307/daha-bir-odeme-terminalindan-sogyunculuq-olub---video-452440783.html
Daha bir ödəmə terminalından soğyunçuluq olub- Video
Daha bir ödəmə terminalından soğyunçuluq olub- Video
Sputnik Azərbaycan
Əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rəşad Süleymanov müəyyən edilərək saxlanılıb. 07.03.2023, Sputnik Azərbaycan
2023-03-07T11:23+0400
2023-03-07T11:23+0400
2023-03-07T11:29+0400
paytaxt xəbərləri
bankomat
oğurluq
nərimanov rayonu
https://cdnn1.img.sputnik.az/img/42347/22/423472294_0:0:1920:1080_1920x0_80_0_0_71c0d469ddf593c3474b276b73babedd.jpg
BAKI, 7 mart — Sputnik. Nərimanov rayonunda yerləşən ödəmə terminallarından birindən oğurluq edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, naməlum şəxs terminalı sındıraraq oradan 29 min manata yaxın pulu ələ keçirib. Həmin şəxsin oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib.Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rəşad Süleymanov müəyyən edilərək saxlanılıb. Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir. Rəşad Süleymanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, DİN-in "102" Xidməti Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər. Xatırladaq ki, bir neçə gün öncə Bakının Xətai rayonunda yerləşən "Bravo" hipermarketin girişində, müxtəlif banklara məxsus bankomatların və ödəniş terminallarının yerləşdiyi hissədə inkassasiya heyətinə silahlı hücum edilib. Hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində "Unibank"ın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə vəfat edib. İnsidentlə bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır.Rəsmi qurumlar tərəfindən verilən ilkin məlumata görə, silahlı insidenti törətməkdə şübhəli bilinən şəxslərdən biri - 2001-ci il təvəllüdlü Ruhlan İsmayılov zərərsizləşdirilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri saxlanılıb, digər şəxs və ya şəxslərin də saxlanılması barədə əlavə məlumat veriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42347/22/423472294_161:0:1864:1277_1920x0_80_0_0_5f5241d21f1fba9223f3380c3559ece9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
bankomat, oğurluq, nərimanov rayonu
bankomat, oğurluq, nərimanov rayonu
Daha bir ödəmə terminalından soğyunçuluq olub- Video
11:23 07.03.2023 (Yenilənib: 11:29 07.03.2023) Əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rəşad Süleymanov müəyyən edilərək saxlanılıb.
BAKI, 7 mart — Sputnik. Nərimanov rayonunda yerləşən ödəmə terminallarından birindən oğurluq edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, naməlum şəxs terminalı sındıraraq oradan 29 min manata yaxın pulu ələ keçirib. Həmin şəxsin oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rəşad Süleymanov müəyyən edilərək saxlanılıb. Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir.
Rəşad Süleymanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, DİN-in "102" Xidməti Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Xatırladaq ki, bir neçə gün öncə Bakının Xətai rayonunda yerləşən "Bravo" hipermarketin girişində, müxtəlif banklara məxsus bankomatların və ödəniş terminallarının yerləşdiyi hissədə inkassasiya heyətinə silahlı hücum edilib.
Hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində "Unibank"ın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə vəfat edib. İnsidentlə bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır.
Rəsmi qurumlar tərəfindən verilən ilkin məlumata görə, silahlı insidenti törətməkdə şübhəli bilinən şəxslərdən biri - 2001-ci il təvəllüdlü Ruhlan İsmayılov zərərsizləşdirilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri saxlanılıb, digər şəxs və ya şəxslərin də saxlanılması barədə əlavə məlumat veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.