https://sputnik.az/20230307/a-nin-rusiya-vetendaslarina-qarsi-ayri-seckilik-siyaseti-tezyiq-aletidir---loqvinov-452437948.html
Aİ-nin Rusiya vətəndaşlarına qarşı ayrı-seçkilik siyasəti təzyiq alətidir - Loqvinov
Aİ-nin Rusiya vətəndaşlarına qarşı ayrı-seçkilik siyasəti təzyiq alətidir - Loqvinov
Sputnik Azərbaycan
Diplomat bildirib ki, Avropalılar qeyri-qanuni sanksiyaların adi rusiyalıların öz əmlaklarından sərbəst istifadə etmək hüquqlarını məhdudlaşdırır. 07.03.2023, Sputnik Azərbaycan
2023-03-07T10:31+0400
2023-03-07T10:31+0400
2023-03-07T11:53+0400
rusiya
avropa
ayrıseçkilik
rusiya
vətəndaş
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/1d/425838049_0:0:3073:1728_1920x0_80_0_0_7f0bdaed3efbcdfae557f61658131e71.jpg
BAKI, 7 mart - Sputnik. Avropa İttifaqının Rusiya vətəndaşlarına qarşı ayrı-seçkilik siyasəti, rusların hüquqlarının pozulması ölkəmizə təzyiq vasitəsidir, bundan sonra da davam edəcək. u barədə Rusiyanın Aİ-dəki daimi nümayəndəsi vəzifəsini icra edən Kiril Loqvinov RİA Novosti-yə müsahibəsində bildirib.“Əslində, ayrı-seçkilik siyasəti ölkəmizə təzyiq alətlərindən biridir, ona görə də rusların hüquqlarının pozulması davam edəcək. Amma biz bu baş vermirmiş kimi davranmayacağıq”, - deyə agentliyin müsahibi bildirib.O vurğulayıb ki, “Xüsusi hərbi əməliyyatın başlanğıcından Rusiya vətəndaşları “sivil Avropa”da vətəndaşlıq zəminində kütləvi ayrı-seçkiliklə üzləşiblər. Avropalılar utanmır ki, qeyri-qanuni sanksiyalar adi rusiyalıların öz əmlaklarından sərbəst istifadə etmək, bizneslə məşğul olmaq hüquqlarını və şəxsi həyatlarını məhdudlaşdırır".Qərb Ukraynaya görə Rusiyaya sanksiya təzyiqlərini artırdı və bu, Avropa və ABŞ-da elektrik enerjisi, yanacaq və ərzaq qiymətlərinin bahalaşmasına səbəb oluи. Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etmək cəsarəti çatışmır.Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə eşidilib. Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bəyan etmişdi ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.Rusiya lideri bildirib ki, RF özünü təcrid etmək fikrində deyil, onu müasir dünyada ciddi şəkildə təcrid etmək olmaz. Moskva dəfələrlə bəyan edib ki, Rusiya Qərbin onun üçün yaratdığı bütün problemləri həll edəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/1d/425838049_0:0:2731:2048_1920x0_80_0_0_da4292f874243fa615d863bf746b2498.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avropa, ayrıseçkilik, rusiya, vətəndaş
avropa, ayrıseçkilik, rusiya, vətəndaş
Aİ-nin Rusiya vətəndaşlarına qarşı ayrı-seçkilik siyasəti təzyiq alətidir - Loqvinov
10:31 07.03.2023 (Yenilənib: 11:53 07.03.2023) Diplomat bildirib ki, Avropalılar qeyri-qanuni sanksiyaların adi rusiyalıların öz əmlaklarından sərbəst istifadə etmək hüquqlarını məhdudlaşdırır.
BAKI, 7 mart - Sputnik. Avropa İttifaqının Rusiya vətəndaşlarına qarşı ayrı-seçkilik siyasəti, rusların hüquqlarının pozulması ölkəmizə təzyiq vasitəsidir, bundan sonra da davam edəcək. u barədə Rusiyanın Aİ-dəki daimi nümayəndəsi vəzifəsini icra edən Kiril Loqvinov RİA Novosti-yə müsahibəsində bildirib.
“Əslində, ayrı-seçkilik siyasəti ölkəmizə təzyiq alətlərindən biridir, ona görə də rusların hüquqlarının pozulması davam edəcək. Amma biz bu baş vermirmiş kimi davranmayacağıq”, - deyə agentliyin müsahibi bildirib.
O vurğulayıb ki, “Xüsusi hərbi əməliyyatın başlanğıcından Rusiya vətəndaşları “sivil Avropa”da vətəndaşlıq zəminində kütləvi ayrı-seçkiliklə üzləşiblər. Avropalılar utanmır ki, qeyri-qanuni sanksiyalar adi rusiyalıların öz əmlaklarından sərbəst istifadə etmək, bizneslə məşğul olmaq hüquqlarını və şəxsi həyatlarını məhdudlaşdırır".
Qərb Ukraynaya görə Rusiyaya sanksiya təzyiqlərini artırdı və bu, Avropa və ABŞ-da elektrik enerjisi, yanacaq və ərzaq qiymətlərinin bahalaşmasına səbəb oluи.
Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etmək cəsarəti çatışmır.
Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə eşidilib. Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bəyan etmişdi ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.
Rusiya lideri bildirib ki, RF özünü təcrid etmək fikrində deyil, onu müasir dünyada ciddi şəkildə təcrid etmək olmaz. Moskva dəfələrlə bəyan edib ki, Rusiya Qərbin onun üçün yaratdığı bütün problemləri həll edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.