Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan, 1920
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Qadın sahibkarlığı iqtisadi və sosial amil kimi

© Sputnik / Murad OrujovKamera, arxiv şəkli
Kamera, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.03.2023
Abunə olmaq
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafına Yardım Assosiasiyasının sədri qadın sahibkarlığının cəmiyyətin sosial və iqtisadi həyatında tutduğu yerdən danışacaq.
BAKI, 06 mart - Sputnik. Mövcud statistikaya əsasən, Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçən sahibkarların 21,4 faizini qadınlar təşkil edir.
Ekspertlər hesab edir ki, sahibkarlığın, xüsusən də qadın sahibkarlığının inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına, cəmiyyətdə çox vaxt gender bərabərsizliyinin aradan qaldırılmasına kömək edir.
Bu tendensiya bütün dünya dövlətlərinin həyata keçirdiyi siyasətlərdə özünü göstərir. Ölkəmiz də bu prosesdən kənarda qalmır və bir sıra mühüm islahatlar həyata keçirir.
Martın 7-də saat 12.00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafına Yardım Assosiasiyasının sədri Səkinə Babayeva qadın sahibkarlığının cəmiyyətin sosial və iqtisadi həyatında tutduğu yerdən danışacaq.
Tədbir Sputnik Azərbaycan səhifəsində Tik Tok və Facebook* sosial şəbəkələrində yayımlanacaq.
Əlaqələr:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan-ın multimedia mətbuat mərkəzi Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə ünvanında yerləşir.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0