Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Sürücülərə xəbərdarlıq: Neftçilər prospektinin asfalt örtüyü dəyişdirilir

© AFP 2023 / NATALIA KOLESNIKOVAFormula 1 üzrə Azərbaycan Qran Prisinin keçirildiyi Bakı Şəhər Halqası
Formula 1 üzrə Azərbaycan Qran Prisinin keçirildiyi Bakı Şəhər Halqası - Sputnik Azərbaycan, 1920, 05.03.2023
Abunə olmaq
Neftçilər prospekti boyunca Rəsul Rza küçəsi ilə kəsişmədən Bülbül küçəsi ilə kəsişməsinədək asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir bərpa işləri aparılır.
BAKI, 5 mart - Sputnik. Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi paytaxtın mərkəzi prospektlərinin birində aparılan təmir işləri ilə bağlı sürücülərə müraciət edib.
DYP-nin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, Neftçilər prospekti boyunca Rəsul Rza küçəsi ilə kəsişmədən Bülbül küçəsi ilə kəsişməsinədək asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir bərpa işləri aparılır.
"Bunu nəzərə alaraq sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik", - o, deyib.
Xəbər lenti
0