https://sputnik.az/20230305/silahli-insidentle-elaqedar-xidmeti-dayandiran-hipermarketin-fealiyyeti-berpa-edilib-452391763.html
Silahlı insidentlə əlaqədar xidməti dayandıran hipermarketin fəaliyyəti bərpa edilib
Silahlı insidentlə əlaqədar xidməti dayandıran hipermarketin fəaliyyəti bərpa edilib
Sputnik Azərbaycan
Hipermarket artıq bu gün saat 07:00-dan etibarən fəaliyyətini davam etdirərək müştərilərin qəbulunu həyata keçirir. 05.03.2023, Sputnik Azərbaycan
2023-03-05T12:42+0400
2023-03-05T12:42+0400
2023-03-05T12:45+0400
paytaxt xəbərləri
"bravo" marketlər şəbəkəsi
https://cdnn1.img.sputnik.az/img/07e6/06/03/442489771_0:0:3073:1728_1920x0_80_0_0_a2426f555dbe7e0a012061716889bbcf.jpg
BAKI, 5 mart - Sputnik. Ötən gün Bakının Xətai rayonunda yerləşən "Bravo" hipermarketin girişində, müxtəlif banklara məxsus bankomatların və ödəniş terminallarının yerləşdiyi hissədə üçüncü tərəfin inkassasiya heyətinə edilən silahlı hücumdan sonra xidmətini fəaliyyətini müvəqqəti dayandıran hipermarket normal iş rejimini bərpa edib.Hipermarket artıq bu gün saat 07:00-dan etibarən fəaliyyətini davam etdirərək müştərilərin qəbulunu həyata keçirir.Qeyd edək ki, hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank”ın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə vəfat edib. Hadisə nəticəsində hipermarketin müştəri və əməkdaşlarından xəsarət alan olmayıb.İnsidentlə bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır. Rəsmi qurumlar tərəfindən verilən ilkin məlumata görə, silahlı insidenti törətməkdə şübhəli bilinən şəxslərdən biri - 2001-ci il təvəllüdlü Ruhlan İsmayılov zərərsizləşdirilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri saxlanılıb, digər şəxs və ya şəxslərin də saxlanılması barədə əlavə məlumat veriləcək.
https://sputnik.az/20230304/bravoda-atisma-olub---video-452373609.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/03/442489771_64:0:2795:2048_1920x0_80_0_0_853e5a1388ecbe39e771148ca9d69c24.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"bravo" marketlər şəbəkəsi
"bravo" marketlər şəbəkəsi
Silahlı insidentlə əlaqədar xidməti dayandıran hipermarketin fəaliyyəti bərpa edilib
12:42 05.03.2023 (Yenilənib: 12:45 05.03.2023) Hipermarket artıq bu gün saat 07:00-dan etibarən fəaliyyətini davam etdirərək müştərilərin qəbulunu həyata keçirir.
BAKI, 5 mart - Sputnik. Ötən gün Bakının Xətai rayonunda yerləşən "Bravo" hipermarketin girişində, müxtəlif banklara məxsus bankomatların və ödəniş terminallarının yerləşdiyi hissədə üçüncü tərəfin inkassasiya heyətinə edilən silahlı hücumdan sonra xidmətini fəaliyyətini müvəqqəti dayandıran hipermarket normal iş rejimini bərpa edib.
Hipermarket artıq bu gün saat 07:00-dan etibarən fəaliyyətini davam etdirərək müştərilərin qəbulunu həyata keçirir.
Qeyd edək ki, hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank”ın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə vəfat edib. Hadisə nəticəsində hipermarketin müştəri və əməkdaşlarından xəsarət alan olmayıb.
İnsidentlə bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır. Rəsmi qurumlar tərəfindən verilən ilkin məlumata görə, silahlı insidenti törətməkdə şübhəli bilinən şəxslərdən biri - 2001-ci il təvəllüdlü Ruhlan İsmayılov zərərsizləşdirilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri saxlanılıb, digər şəxs və ya şəxslərin də saxlanılması barədə əlavə məlumat veriləcək.