https://sputnik.az/20230305/sergey-soyqu-komandirlerle-gorus-kecirib-452392784.html
Sergey Şoyqu komandirlərlə görüş keçirib
Sergey Şoyqu komandirlərlə görüş keçirib
Sputnik Azərbaycan
Tədbirdə Baş Qərargah rəisi və Ukraynadakı hərbi əməliyyatların rəhbəri Valeri Gerasimov, Aerokosmik Qüvvələrin Ali Baş Komandanı Sergey Surovikin və Baş... 05.03.2023, Sputnik Azərbaycan
2023-03-05T17:12+0400
2023-03-05T17:12+0400
2023-03-05T17:36+0400
rusiyanın müdafiə naziri sergey şoyqu
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/08/10/445057082_0:0:2957:1663_1920x0_80_0_0_e56b7f3f9cc616aa1e1e1f5095d6f44c.jpg
BAKI, 5 mart - Sputnik. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada hərbi əməliyyatlar zonasında olan qoşun qruplaşmalarının komandirləri ilə görüş keçirib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Nazirə mövcud vəziyyət və gələcək fəaliyyət planları barədə məruzələr təqdim olunub. Bildirilib ki, görüş zamanı Sergey Şoyqu şəxsi heyətin yerlərdə təhlükəsiz yerləşməsi üçün lazımi şəraitin yaradılmasına və qoşunların hərtərəfli təminatının təşkilinə xüsusi diqqət yetirib. Görüş Rusiya qoşunlarının birləşmiş qruplaşmasının qərargahında keçirilib. Tədbirdə Baş Qərargah rəisi və Ukraynadakı hərbi əməliyyatların rəhbəri Valeri Gerasimov, Aerokosmik Qüvvələrin Ali Baş Komandanı Sergey Surovikin və Baş Qərargahın Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy iştirak ediblər. Martın 4-də Sergey Şoyqu Ukraynada hərbi əməliyyatlar zonasında Cənubi Donetsk istiqamətində "Vostok" qoşun qruplaşmasına baxış keçirib. Daha sonra Şoyqu öz müavinləri ilə qoşunların silah, hərbi texnika və sursatla təminatı məsələləri ilə bağlı görüş keçirib. Müdafiə Nazirliyi qeyd edib ki, nazir ehtiyat hissələrin döyüş hazırlığının təşkilinə və hərbi-siyasi işlərə xüsusi diqqət yetirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/10/445057082_228:0:2957:2047_1920x0_80_0_0_49886170d0a9febba801c0e36d74d439.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiyanın müdafiə naziri sergey şoyqu
rusiyanın müdafiə naziri sergey şoyqu
Sergey Şoyqu komandirlərlə görüş keçirib
17:12 05.03.2023 (Yenilənib: 17:36 05.03.2023) Tədbirdə Baş Qərargah rəisi və Ukraynadakı hərbi əməliyyatların rəhbəri Valeri Gerasimov, Aerokosmik Qüvvələrin Ali Baş Komandanı Sergey Surovikin və Baş Qərargahın Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy iştirak ediblər.
BAKI, 5 mart - Sputnik. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada hərbi əməliyyatlar zonasında olan qoşun qruplaşmalarının komandirləri ilə görüş keçirib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirə mövcud vəziyyət və gələcək fəaliyyət planları barədə məruzələr təqdim olunub.
Bildirilib ki, görüş zamanı Sergey Şoyqu şəxsi heyətin yerlərdə təhlükəsiz yerləşməsi üçün lazımi şəraitin yaradılmasına və qoşunların hərtərəfli təminatının təşkilinə xüsusi diqqət yetirib.
Görüş Rusiya qoşunlarının birləşmiş qruplaşmasının qərargahında keçirilib. Tədbirdə Baş Qərargah rəisi və Ukraynadakı hərbi əməliyyatların rəhbəri Valeri Gerasimov, Aerokosmik Qüvvələrin Ali Baş Komandanı Sergey Surovikin və Baş Qərargahın Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy iştirak ediblər.
Martın 4-də Sergey Şoyqu Ukraynada hərbi əməliyyatlar zonasında Cənubi Donetsk istiqamətində "Vostok" qoşun qruplaşmasına baxış keçirib. Daha sonra Şoyqu öz müavinləri ilə qoşunların silah, hərbi texnika və sursatla təminatı məsələləri ilə bağlı görüş keçirib.
Müdafiə Nazirliyi qeyd edib ki, nazir ehtiyat hissələrin döyüş hazırlığının təşkilinə və hərbi-siyasi işlərə xüsusi diqqət yetirib.