Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb analitikləri Ukraynanın Artyomovskdakı fəlakətli vəziyyətini etiraf ediblər

© SputnikRusiya hərbçiləri, arxiv şəkli
Rusiya hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.03.2023
Abunə olmaq
"ISW" analitik mərkəzi Rusiya qoşunlarının Artyomovsk rayonlarında mövqe üstünlüyünə nail olduğunu etiraf edib.
BAKI, 5 mart - Sputnik. Rusiya könüllü qüvvələri Artyomovskdakı Ukrayna Silahlı Qüvvələrinin (USQ) bölmələri üzərində mövqe üstünlüyünü təmin edə biliblər. Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitiklərinin məlumatında bildirilib.
"Görünür, Rusiya qüvvələri Baxmutun müəyyən ərazilərindən keçmək üçün kifayət qədər mövqe üstünlüyü əldə ediblər", - məlumatda deyilir.
Analitiklər xatırladıblar ki, Ukrayna komandanlığı artıq Rusiya qoşunları tərəfindən tam mühasirəyə alınmamaq üçün şəhəri tərk etməyi düşünür.
Bu yaxınlarda ABŞ USQ-nin Artyomovskdakı qeyri-müəyyən mövqeyini tanıyıb. Buna səbəb Ukrayna Quru Qoşunlarının komandanı general Aleksandr Sırskinin şəhərə son bir həftədə ikinci gəlişi olub.
"The New York Times"ın icmalçısı qeyd edib ki, Rusiya qüvvələri Ukrayna ordusunun ən mühüm tədarük arteriyalarından birinə nəzarəti ələ keçirərək uğur qazana bilib.
Xəbər lenti
0