QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xarici KİV nümayəndələri Füzulidə ermənilərin törətdiyi əməllərin nəticəsi ilə tanış olub

© Photo : AZƏRTACXarici media nümayəndələri Füzulidə
Xarici media nümayəndələri Füzulidə  - Sputnik Azərbaycan, 1920, 04.03.2023
Abunə olmaq
Media təmsilçilərinə Merdinli kəndində mal-qara tövləsi kimi istifadə edilmiş məscid barədə məlumat verilib.
BAKI, 4 mart - Sputnik. Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşünü işıqlandırmaq üçün ölkəmizə gəlmiş media nümayəndələri Ermənistan işğalından azad olunmuş Füzuli rayonuna səfər ediblər. Bu barədə Azərtac xəbər yayıb.
Əvvəlcə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Araz İmanov Füzuli Beynəlxalq Hava Limanına gələn xarici media nümayəndələrinə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, infrastruktur layihələri barədə məlumat verib.
© Photo : AZƏRTACXarici media nümayəndələri Füzulidə
Xarici media nümayəndələri Füzulidə  - Sputnik Azərbaycan, 1920, 04.03.2023
Xarici media nümayəndələri Füzulidə
Bildirilib ki, 44 günlük Zəfər yürüşü zamanı azad edilən torpaqlarda Azərbaycan tərəfindən irimiqyaslı layihələr reallaşdırılır, tikinti-quruculuq işləri aparılır. Belə layihələrdən biri də Füzuli, Zəngilan və Laçın hava limanlarının inşasıdır. Füzuli və Zəngilan beynəlxalq hava limanları artıq istifadəyə verilib. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun həyata keçirilib.
Səfər iştirakçıları sonra Merdinli kəndində erməni barbarlığının izləri ilə tanış olublar. Qonaqlara 30 illik işğal dövründə ermənilərin ölkəmizə qarşı törətdikləri cinayətlər barədə ətraflı məlumat verilib.
Bildirilib ki, erməni vandalları işğal etdikləri digər şəhər və kəndlər kimi, Merdinli kəndini də talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. Düşmən Merdinli kəndindəki məsciddən mal-qara tövləsi kimi istifadə etməklə, azərbaycanlılara qarşı nifrətini göstərib. Kənd qəbiristanlığı da erməni vandalizminə məruz qalıb - məzarlar dağıdılıb, məzar daşları uçurulub.
Media nümayəndələrinə, həmçinin ərazilərin Ermənistan tərəfindən minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumat verilib.
Xarici jurnalistlər sonra Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olublar. Bildirilib ki, 1993-cü ildə Füzuli rayonu erməni qəsbkarları tərəfindən işğal ediləndən sonra su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub. İşğal zamanı torpaqlarımızda ekoloji terror törədən ermənilər təsərrüfat işlərində suya ciddi ehtiyac olduğu mövsümlərdə suyun qarşısını kəsir, yaxud suya ehtiyac olmayan vaxtlarda anbarlardan suyu buraxaraq ciddi problemlər yaradırdılar.
© Photo : AZƏRTACXarici media nümayəndələri Füzulidə
Xarici media nümayəndələri Füzulidə  - Sputnik Azərbaycan, 1920, 04.03.2023
Xarici media nümayəndələri Füzulidə
Qonaqlar Füzuli şəhərinin mərkəzində də erməni vəhşiliyinin şahidi olublar.
Diqqətə çatdırılıb ki, şəhər tamamilə viran edilib, yaşayış binaları ilə bərabər, tarixi-mədəni abidələr də dağıntılara məruz qalıb. Şəhərin təbiəti, ağaclar və yaşıllıqlar, su mənbələri, kəhriz və bulaqlar məhv edilib.
Media nümayəndələrinə, həmçinin Füzuli şəhərinin bərpası istiqamətində görüləcək işlər barədə məlumat verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0