https://sputnik.az/20230304/hipermarkete-silahli-hucum-zamani-yaralanan-sexs-reanimasiya-bolmesine-kocurulub-452386650.html
Hipermarketə silahlı hücum zamanı yaralanan şəxs reanimasiya bölməsinə köçürülüb
Hipermarketə silahlı hücum zamanı yaralanan şəxs reanimasiya bölməsinə köçürülüb
Sputnik Azərbaycan
Hadisə ilə əlaqədar "bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə", "külli miqdarda əmlk əldə etmək məqsədilə quldurluq"... 04.03.2023, Sputnik Azərbaycan
2023-03-04T20:45+0400
2023-03-04T20:45+0400
2023-03-04T20:45+0400
paytaxt xəbərləri
market
silahlı hücum
yaralı
https://cdnn1.img.sputnik.az/img/42213/73/422137360_0:108:3076:1838_1920x0_80_0_0_a23483b81f0cfc9f222718a4f84e3338.jpg
BAKI, 4 mart - Sputnik. Bakıda hipermarketə hücum zamanı güllə yarası alan şəxs əməliyyat edilib. Bu barədə APA-ya Sabunçu Tibb Mərkəzindən məlumat verilib.Belə ki, 1990-ci il təvəllüdlü Şeydayev Ruslan Samir oğlu döş qəfəsinin deşilmiş yarası diaqnozu ilə mərkəzə yerləşdirilib.O, cərrahi əməliyyat edildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti qənaətbəxşdir.Xatırladaq ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində baş verən silahlı insidentlə bağlı birgə məlumat yayıb.Birgə məlumatda deyilir:"Hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank Kommersiya Bankı” ASC-nin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.Prokurorluq və polis əməkdaşları tərəfindən kriminalist və ekspertlərin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb və iş üzrə əhəmiyyət kəsb edən sübutlar götürülüb.Hadisənin hipermarketdə yerləşən qeyd olunan banka məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman zərərçəkmişlərə silahlı hücum edilməsi nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən olunub.Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29, 120.2.7, (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 120.2.1, 120.2.4, 120.2.11, (bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə) 181.3.2 (külli miqdarda əmlk əldə etmək məqsədilə quldurluq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələrilə cinayət işi başlanıb".Daha sonra məlumatda bildirilir ki, hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir:"Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması bir daha xahiş olunur".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42213/73/422137360_244:0:2973:2047_1920x0_80_0_0_426e198f468b14658da95ab29a9d3738.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
market, silahlı hücum, yaralı
market, silahlı hücum, yaralı
Hipermarketə silahlı hücum zamanı yaralanan şəxs reanimasiya bölməsinə köçürülüb
Hadisə ilə əlaqədar "bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə", "külli miqdarda əmlk əldə etmək məqsədilə quldurluq" və "qanunsuz olaraq odlu silah əldə etmə" maddələri ilə cinayət işi başlanıb.
BAKI, 4 mart - Sputnik. Bakıda hipermarketə hücum zamanı güllə yarası alan şəxs əməliyyat edilib. Bu barədə APA-ya Sabunçu Tibb Mərkəzindən məlumat verilib.
Belə ki, 1990-ci il təvəllüdlü Şeydayev Ruslan Samir oğlu döş qəfəsinin deşilmiş yarası diaqnozu ilə mərkəzə yerləşdirilib.
O, cərrahi əməliyyat edildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti qənaətbəxşdir.
Xatırladaq ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində baş verən silahlı insidentlə bağlı birgə məlumat yayıb.
"Hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank Kommersiya Bankı” ASC-nin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.
Prokurorluq və polis əməkdaşları tərəfindən kriminalist və ekspertlərin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb və iş üzrə əhəmiyyət kəsb edən sübutlar götürülüb.
Hadisənin hipermarketdə yerləşən qeyd olunan banka məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman zərərçəkmişlərə silahlı hücum edilməsi nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən olunub.
Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29, 120.2.7, (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 120.2.1, 120.2.4, 120.2.11, (bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə) 181.3.2 (külli miqdarda əmlk əldə etmək məqsədilə quldurluq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələrilə cinayət işi başlanıb".
Daha sonra məlumatda bildirilir ki, hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir:
"Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması bir daha xahiş olunur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.