https://sputnik.az/20230304/bunu-dayandirmagin-vaxtidir-abs-da-ukraynaya-yardimi-dayandirmagi-teleb-edirler-452358001.html
"Bunu dayandırmağın vaxtıdır." ABŞ-da Ukraynaya yardımı dayandırmağı tələb edirlər
"Bunu dayandırmağın vaxtıdır." ABŞ-da Ukraynaya yardımı dayandırmağı tələb edirlər
Sputnik Azərbaycan
Amerikalıların yalnız 48%-i Ukraynaya silah satışını bəyənir, 29%-i əleyhinədir, 22%-i isə qərarsızdır. 04.03.2023, Sputnik Azərbaycan
2023-03-04T08:07+0400
2023-03-04T08:07+0400
2023-03-04T08:07+0400
abş
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
xüsusi hərbi əməliyyat
https://cdnn1.img.sputnik.az/img/07e6/04/07/440889536_0:0:3027:1702_1920x0_80_0_0_0f1129b3e4acb2a6d0c8cd56f4d2ab0b.jpg
BAKI, 4 mart — Sputnik, Mixail Katkov. Respublikaçılar Ukraynaya silah tədarükü məsələsində parçalanıblar. Donald Trampın başçılıq etdiyi təcridçilər Ağ Evdən Kiyevə yardımı dayandırmağı tələb edir, neokonservatorlar isə bunun üçün onları partiyadan xaric etməyi təklif edirlər. ABŞ-da baş verənlər – "RİA Novosti"nin materialında. Amerikasayağı boşanma Respublikaçı deputat Marcori Teylor Qrin əmindir ki, ölkə milli boşanmaya doğru gedir. O, vətəndaş müharibəsindən qorxur. Və o, hər şeydə "əsl amerikalılardan tamamilə ayrılmış" hazırkı hakimiyyəti günahlandırır. Xüsusilə, deputat Kevin Hern qeyd edib ki, Bayden Kiyevə səfər edib, lakin dəmir yolu qəzası nəticəsində zəhərli maddələrin torpağa və atmosferə daxil olduğu Oklahoma ştatına səfər etməyib. Marcori Teylor Grin hətta Ukrayna hökumətini üstün tutduğu üçün amerikalıların öz prezidentlərinə nifrət etdiklərini söyləyib. Yaxınlığında qatarın relsdən çıxdığı Şərqi Fələstin şəhərinin meri Trent Konauey, Baydenin Avropaya səfərini yerli əhalinin "sifətinə böyük şillə" adlandırıb. Bəzi Qərb mediası bu ritorikanı Nümayəndələr Palatasına nəzarət edən Respublikaçılar Partiyasının Vaşinqtonun Ukraynanı silahla təchiz etməsinin qarşısını almağa hazırlaşdığına işarə kimi qəbul edib. Baydenin ardınca Nümayəndələr Palatasının beynəlxalq məsələlər komitəsinin sədri Maykl Makkolun başçılıq etdiyi beş nəfər respublikaçı Kiyevə gəlib. Zelenski onlara Ukrayna Silahlı Qüvvələrinə lazım olan silahların siyahısını verib. Siyahıda, xüsusilə, "F-16" döyüş təyyarələri və 300 kilometr mənzilli "ATACMS" raket sistemləri var. Sevgi keçdi Artıq Ağ Evə yenidən rəhbərlik etmək arzusunda olduğunu bəyan edən keçmiş Prezident Donald Tramp hesab edir ki, Bayden Rusiya ilə toqquşmaya təhrik edir. Digər tərəfdən isə, ABŞ-ın BMT-dəki keçmiş səfiri və Respublikaçılar Partiyasından prezidentliyə ikinci rəsmi namizəd Nikki Heyli əmindir ki, Vaşinqton Ukraynanı müdafiə etmir, uduzması mümkün olmayan "azadlıq uğrunda müharibə" aparır. Florida qubernatoru, eyni zamanda prezidentliyə namizəd olan Ron Desantis (onu "oxumağı bacaranlar üçün Tramp" adlandırırlar) hesab edir ki, biz Ukrayna ilə deyil, öz ölkəmizlə məşğul olmalıyıq və ABŞ üçün əsl təhlükə Rusiya deyil, Çindir. Öz növbəsində, keçmiş vitse-prezident Mayk Pens iddia edir ki, Respublikaçılar Partiyasında "azadlığı müdafiə etməkdən" imtina edənlərə yer olmamalıdır. "The Associated Press-NORC Center for Public Affairs Research"in fevral ayında keçirdiyi sorğuya əsasən, amerikalıların yalnız 48%-i Ukraynaya silah satışını bəyənir, 29%-i əleyhinədir, 22%-i isə qərarsızdır. 2022-ci ilin mayında respondentlərin 60%-i Kiyev rejiminə hərbi yardımın tərəfdarı olub. Üstəlik, "FoxNews"un məlumatına görə, respublikaçıların 61%-i və müstəqil seçicilərin 49%-i Ukraynanın dəstəyinin müddətsiz olmasını istəmirlər. "Quinnipiac" Universitetinin məlumatına görə, bununla yanaşı Respublikaçılar Partiyasının tərəfdarlarının 42%-i Trampa, 36%-i Desantisə səs verməyə hazırdır. Heylinin reytinqi altı faiz, Mayk Pensinki isə dörddür. İdeoloji fikir ayrılıqları "RİA Novosti"yə müsahibə verən ekspertlər göstərirlər ki, Ukrayna yalnız tətik rolunu oynayıb - Birləşmiş Ştatların başqalarının münaqişələrinə girməsini istəməyən şərti təcridçilər ilə planetin hər yerində "Azadlıq" uğrunda mübarizə aparan neomühafizəkarlar arasındakı qarşıdurma kifayət qədər köhnədir. "Ukraynanın gələcəkdə də silahlanmasının tərəfdarları müstəqil və ya tərəddüd edən seçiciləri öz tərəflərinə cəlb etməyi planlaşdırırlar" deyən Rusiya Elmlər Akademiyası Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun (REA DİBMİ ) "ABŞ-ın xarici və daxili siyasət" sektorunun müdiri Viktoriya Juravlyova əlavə edir. "Belə bir elektoratın Kiyevə dəstək tələbi var və bu insanlar üçün mübarizə aparılmasa, onlar demokratların tərəfinə keçəcəklər". Ekspertlər əmindirlər ki, Ukrayna münaqişəsi bütün namizədlərin kampaniyasında mühüm rol oynayacaq. Üstəlik, Demokrat Partiyasında hətta mübahisələr də yaranır. Belə ki, oktyabrda 30 konqresmen xoşməramlı jest olaraq Baydendən sülh danışıqlarına başlamağı və anti-Rusiya sanksiyalarını yumşaltmağı tələb edib. Qalmaqal tez bir zamanda susduruldu, çünki demokratlar həqiqətən də onların Kremlə güzəştə getməyə hazır olduqları barədə şübhə yaratmaq istəmirdilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/07/440889536_0:0:2731:2048_1920x0_80_0_0_4be891c06a3c7543e027d8dc2b394cc3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, xüsusi hərbi əməliyyat
abş, xüsusi hərbi əməliyyat
"Bunu dayandırmağın vaxtıdır." ABŞ-da Ukraynaya yardımı dayandırmağı tələb edirlər
Amerikalıların yalnız 48%-i Ukraynaya silah satışını bəyənir, 29%-i əleyhinədir, 22%-i isə qərarsızdır.
BAKI, 4 mart — Sputnik, Mixail Katkov. Respublikaçılar Ukraynaya silah tədarükü məsələsində parçalanıblar. Donald Trampın başçılıq etdiyi təcridçilər Ağ Evdən Kiyevə yardımı dayandırmağı tələb edir, neokonservatorlar isə bunun üçün onları partiyadan xaric etməyi təklif edirlər. ABŞ-da baş verənlər – "RİA Novosti"nin materialında.
Respublikaçı deputat Marcori Teylor Qrin əmindir ki, ölkə milli boşanmaya doğru gedir. O, vətəndaş müharibəsindən qorxur. Və o, hər şeydə "əsl amerikalılardan tamamilə ayrılmış" hazırkı hakimiyyəti günahlandırır.
Baydenin Avropa səyahətini, Kiyevə səfərini və "Buxarest doqquzluğu" liderləri ilə görüşü Qrinin və onun və bəzi digər partiya yoldaşlarının heç xoşuna gəlməyib. Respublikaçılar Ukraynanın problemlərinin prezidenti özlərindən daha çox narahat etdiyinə qəzəbləniblər.
Xüsusilə, deputat Kevin Hern qeyd edib ki, Bayden Kiyevə səfər edib, lakin dəmir yolu qəzası nəticəsində zəhərli maddələrin torpağa və atmosferə daxil olduğu Oklahoma ştatına səfər etməyib. Marcori Teylor Grin hətta Ukrayna hökumətini üstün tutduğu üçün amerikalıların öz prezidentlərinə nifrət etdiklərini söyləyib. Yaxınlığında qatarın relsdən çıxdığı Şərqi Fələstin şəhərinin meri Trent Konauey, Baydenin Avropaya səfərini yerli əhalinin "sifətinə böyük şillə" adlandırıb.
Bəzi Qərb mediası bu ritorikanı Nümayəndələr Palatasına nəzarət edən Respublikaçılar Partiyasının Vaşinqtonun Ukraynanı silahla təchiz etməsinin qarşısını almağa hazırlaşdığına işarə kimi qəbul edib. Baydenin ardınca Nümayəndələr Palatasının beynəlxalq məsələlər komitəsinin sədri Maykl Makkolun başçılıq etdiyi beş nəfər respublikaçı Kiyevə gəlib. Zelenski onlara Ukrayna Silahlı Qüvvələrinə lazım olan silahların siyahısını verib. Siyahıda, xüsusilə, "F-16" döyüş təyyarələri və 300 kilometr mənzilli "ATACMS" raket sistemləri var.
Artıq Ağ Evə yenidən rəhbərlik etmək arzusunda olduğunu bəyan edən keçmiş Prezident Donald Tramp hesab edir ki, Bayden Rusiya ilə toqquşmaya təhrik edir. Digər tərəfdən isə, ABŞ-ın BMT-dəki keçmiş səfiri və Respublikaçılar Partiyasından prezidentliyə ikinci rəsmi namizəd Nikki Heyli əmindir ki, Vaşinqton Ukraynanı müdafiə etmir, uduzması mümkün olmayan "azadlıq uğrunda müharibə" aparır.
Florida qubernatoru, eyni zamanda prezidentliyə namizəd olan Ron Desantis (onu "oxumağı bacaranlar üçün Tramp" adlandırırlar) hesab edir ki, biz Ukrayna ilə deyil, öz ölkəmizlə məşğul olmalıyıq və ABŞ üçün əsl təhlükə Rusiya deyil, Çindir. Öz növbəsində, keçmiş vitse-prezident Mayk Pens iddia edir ki, Respublikaçılar Partiyasında "azadlığı müdafiə etməkdən" imtina edənlərə yer olmamalıdır.
Senatdakı respublikaçı azlığın lideri Mitç Makkonnell Münhen Konfransında çıxış edərək qeyd edib ki, partiyadaxili mübarizə asan olmayacaq, lakin ukraynalılar yenə də lazım olan silahları alacaqlar. Halbuki, bir il əvvəl belə bir problem yox idi. Elə həmin Desantis 2014-cü ildən Kiyevin silahlanmasına dəstək verir. Görünür, o, fikrini dəyişib – ona görə ki, əhalinin Ukrayna böhranına münasibəti dəyişib.
"The Associated Press-NORC Center for Public Affairs Research"in fevral ayında keçirdiyi sorğuya əsasən, amerikalıların yalnız 48%-i Ukraynaya silah satışını bəyənir, 29%-i əleyhinədir, 22%-i isə qərarsızdır. 2022-ci ilin mayında respondentlərin 60%-i Kiyev rejiminə hərbi yardımın tərəfdarı olub. Üstəlik, "FoxNews"un məlumatına görə, respublikaçıların 61%-i və müstəqil seçicilərin 49%-i Ukraynanın dəstəyinin müddətsiz olmasını istəmirlər.
"Quinnipiac" Universitetinin məlumatına görə, bununla yanaşı Respublikaçılar Partiyasının tərəfdarlarının 42%-i Trampa, 36%-i Desantisə səs verməyə hazırdır. Heylinin reytinqi altı faiz, Mayk Pensinki isə dörddür.
İdeoloji fikir ayrılıqları
"RİA Novosti"yə müsahibə verən ekspertlər göstərirlər ki, Ukrayna yalnız tətik rolunu oynayıb - Birləşmiş Ştatların başqalarının münaqişələrinə girməsini istəməyən şərti təcridçilər ilə planetin hər yerində "Azadlıq" uğrunda mübarizə aparan neomühafizəkarlar arasındakı qarşıdurma kifayət qədər köhnədir.
"Ancaq bu, aşılmaz bir fikir ayrılığı deyil, çünki bütün respublikaçılar milli maraqları müdafiə edir və Amerikanın üstünlüyünə can atırlar. Sadəcə, bəziləri diqqəti daxili problemlərə yönəltməyə çağırır, bəziləri isə hərbi gücə güvənirlər", - deyə Moskva Dövlət Universitetinin Franklin Ruzvelt ABŞ Tədqiqat Fondunun direktoru Yuri Roqulyov izah edir.
"Ukraynanın gələcəkdə də silahlanmasının tərəfdarları müstəqil və ya tərəddüd edən seçiciləri öz tərəflərinə cəlb etməyi planlaşdırırlar" deyən Rusiya Elmlər Akademiyası Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun (REA DİBMİ ) "ABŞ-ın xarici və daxili siyasət" sektorunun müdiri Viktoriya Juravlyova əlavə edir. "Belə bir elektoratın Kiyevə dəstək tələbi var və bu insanlar üçün mübarizə aparılmasa, onlar demokratların tərəfinə keçəcəklər".
Ekspertlər əmindirlər ki, Ukrayna münaqişəsi bütün namizədlərin kampaniyasında mühüm rol oynayacaq. Üstəlik, Demokrat Partiyasında hətta mübahisələr də yaranır. Belə ki, oktyabrda 30 konqresmen xoşməramlı jest olaraq Baydendən sülh danışıqlarına başlamağı və anti-Rusiya sanksiyalarını yumşaltmağı tələb edib. Qalmaqal tez bir zamanda susduruldu, çünki demokratlar həqiqətən də onların Kremlə güzəştə getməyə hazır olduqları barədə şübhə yaratmaq istəmirdilər.