https://sputnik.az/20230303/zaxarova-blinkenin-lavrovla-sohbeti-ile-bagli-aciqlamasini-ozunureklam-adlandirib-452350806.html
Zaxarova Blinkenin Lavrovla söhbəti ilə bağlı açıqlamasını "özünüreklam" adlandırıb
Zaxarova Blinkenin Lavrovla söhbəti ilə bağlı açıqlamasını "özünüreklam" adlandırıb
Sputnik Azərbaycan
Mariya Zaxarova Amerika dövlət katibini Amerika diplomatiyasındakı boşluğu aradan qaldırmaq üçün qeyri-peşəkar üsullardan istifadə etməkdə ittiham edib. 03.03.2023, Sputnik Azərbaycan
2023-03-03T17:13+0400
2023-03-03T17:13+0400
2023-03-03T17:25+0400
mariya zaxarova
rusiya
entoni blinken
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440193507_0:0:3089:1737_1920x0_80_0_0_943c9aacec60be0bf8157d04dcacbbeb.jpg
BAKI, 3 mart — Sputnik. ABŞ dövlət katibi Entoni Blinkenin Rusiya xarici işlər naziri Sergey Lavrovla söhbəti ilə bağlı sözləri özünü reklamdan xəbər verir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova söyləyib. Bu barədə "RİA Novosti" xəbər verir. Cümə axşamı səhər mediada Blinken və Lavrovun Ukraynada xüsusi əməliyyat başladıqdan sonra ilk dəfə üz-üzə görüşdükləri barədə məlumatlar yayıldı. "Onları imic, PR və özünüreklam maraqlandırır. Onlar yaxşı bilirlər ki, Amerika xalqı Bayden administrasiyasının ikitərəfli münasibətlər sahəsində nə etdiyini və onun yaratdığı problemlər barədə soruşur. Onlar nə baş verdiyini və Rusiyanın ABŞ-ın düşüncəsiz hərəkətlərinə cavabının özünü gözləməyə məcbur etmədiyini görürlər. Blinken xalqa nə isə bir şey təqdim etməlidir, onun isə Lavrovu dəhlizlərdə tutmaqdan savayı təqdim edəcək heç nəyi yoxdur", - deyə Zaxarova bildirib. O, dövlət katibini Amerika diplomatiyasındakı boşluğu aradan qaldırmaq üçün qeyri-peşəkar üsullardan istifadə etməkdə ittiham edib. "Onlar diplomatiyaya qayıtmaq istəyirlər? Qoy qayıtsınlar. Əgər özlərini reklamla və belə ucuz piarla məşğul olsalar, nəticə uyğun olacaq", - deyə XİN nümayəndəsi qeyd edib. O, bildirib ki, Blinken özü Lavrovla əlaqə saxlamağı xahiş edib, lakin danışıqlar aparılmayıb. Zaxarova vurğulayıb ki, Rusiya diplomatiyasının rəhbəri "dövlət katibinin bütün hərəkətlərinə özünəməxsus şəkildə" cavab verib. "RİA Novosti"nin verdiyi xəbərə görə, Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Blinken Lavrovla söhbəti zamanı Vaşinqtonu narahat edən mövzuları qaldırıb, ona görə də ABŞ görüş üçün üzr istəməyəcək. "Rusiyalı həmkarlarımızın bundan hay-küy qaldırmağa çalışdıqlarını bilirəm. Amma bizim tərəfimizdən qeyd etmək lazımdır ki, bu, tam ikitərəfli görüş deyil, qısa təmas olub", - deyə Prays bildirib. Martın 2-də Dövlət Departamentinin rəhbəri Hindistanda keçirilən "G20" nazirləri çərçivəsində Lavrovla qısa söhbətin təfərrüatlarından danışıb. Söylədiyinə görə, o, xüsusilə, Rusiyada casusluqda təqsirli bilinən amerikalı Pol Uilanın məsələsini qaldırıb, Moskvanı Strateji Hücum Silahlarının Sonradan Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər haqqında Müqavilənin icrasına qayıtmağa, xüsusi hərbi əməliyyatı dayandırmağa və Kiyevlə diplomatik dialoqa başlamağa çağırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440193507_74:0:2805:2048_1920x0_80_0_0_3af91e9ab3660abcf22caf4962328725.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
mariya zaxarova, entoni blinken, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
mariya zaxarova, entoni blinken, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
Zaxarova Blinkenin Lavrovla söhbəti ilə bağlı açıqlamasını "özünüreklam" adlandırıb
17:13 03.03.2023 (Yenilənib: 17:25 03.03.2023) Mariya Zaxarova Amerika dövlət katibini Amerika diplomatiyasındakı boşluğu aradan qaldırmaq üçün qeyri-peşəkar üsullardan istifadə etməkdə ittiham edib.
BAKI, 3 mart — Sputnik. ABŞ dövlət katibi Entoni Blinkenin Rusiya xarici işlər naziri Sergey Lavrovla söhbəti ilə bağlı sözləri özünü reklamdan xəbər verir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova söyləyib. Bu barədə "RİA Novosti" xəbər verir.
Cümə axşamı səhər mediada Blinken və Lavrovun Ukraynada xüsusi əməliyyat başladıqdan sonra ilk dəfə üz-üzə görüşdükləri barədə məlumatlar yayıldı.
"Onları imic, PR və özünüreklam maraqlandırır. Onlar yaxşı bilirlər ki, Amerika xalqı Bayden administrasiyasının ikitərəfli münasibətlər sahəsində nə etdiyini və onun yaratdığı problemlər barədə soruşur. Onlar nə baş verdiyini və Rusiyanın ABŞ-ın düşüncəsiz hərəkətlərinə cavabının özünü gözləməyə məcbur etmədiyini görürlər. Blinken xalqa nə isə bir şey təqdim etməlidir, onun isə Lavrovu dəhlizlərdə tutmaqdan savayı təqdim edəcək heç nəyi yoxdur", - deyə Zaxarova bildirib.
O, dövlət katibini Amerika diplomatiyasındakı boşluğu aradan qaldırmaq üçün qeyri-peşəkar üsullardan istifadə etməkdə ittiham edib.
"Onlar diplomatiyaya qayıtmaq istəyirlər? Qoy qayıtsınlar. Əgər özlərini reklamla və belə ucuz piarla məşğul olsalar, nəticə uyğun olacaq", - deyə XİN nümayəndəsi qeyd edib.
O, bildirib ki, Blinken özü Lavrovla əlaqə saxlamağı xahiş edib, lakin danışıqlar aparılmayıb. Zaxarova vurğulayıb ki, Rusiya diplomatiyasının rəhbəri "dövlət katibinin bütün hərəkətlərinə özünəməxsus şəkildə" cavab verib.
"RİA Novosti"nin verdiyi xəbərə görə, Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Blinken Lavrovla söhbəti zamanı Vaşinqtonu narahat edən mövzuları qaldırıb, ona görə də ABŞ görüş üçün üzr istəməyəcək.
"Rusiyalı həmkarlarımızın bundan hay-küy qaldırmağa çalışdıqlarını bilirəm. Amma bizim tərəfimizdən qeyd etmək lazımdır ki, bu, tam ikitərəfli görüş deyil, qısa təmas olub", - deyə Prays bildirib.
Martın 2-də Dövlət Departamentinin rəhbəri Hindistanda keçirilən "G20" nazirləri çərçivəsində Lavrovla qısa söhbətin təfərrüatlarından danışıb. Söylədiyinə görə, o, xüsusilə, Rusiyada casusluqda təqsirli bilinən amerikalı Pol Uilanın məsələsini qaldırıb, Moskvanı Strateji Hücum Silahlarının Sonradan Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər haqqında Müqavilənin icrasına qayıtmağa, xüsusi hərbi əməliyyatı dayandırmağa və Kiyevlə diplomatik dialoqa başlamağa çağırıb.