https://sputnik.az/20230303/taxil-sazisinde-irelileyis-ucun-yuksek-seviyyeli-danisiqlar-gozlenilir---menbe-452353808.html
"Taxıl sazişi"ndə irəliləyiş üçün yüksək səviyyəli danışıqlar gözlənilir - mənbə
"Taxıl sazişi"ndə irəliləyiş üçün yüksək səviyyəli danışıqlar gözlənilir - mənbə
Sputnik Azərbaycan
Bundan əvvəl Türkiyə və Rusiya Prezidentləri Tayyib Ərdoğan və Vladimir Putin telefon danışıqları zamanı Qara dəniz taxıl təşəbbüsünü müzakirə ediblər. 03.03.2023, Sputnik Azərbaycan
2023-03-03T17:56+0400
2023-03-03T17:56+0400
2023-03-03T17:57+0400
taxıl
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332647_0:213:2886:1836_1920x0_80_0_0_c15df006eee0d6e4be6d7bbb8e97bf5e.jpg
BAKI, 3 mart — Sputnik. Ən yüksək səviyyədə müzakirələr yolu ilə "taxıl sazişi" üzrə danışıqlarda irəliləyişə nail olmaq mümkündür və onlar gözlənilir. Bunu danışıqlardan xəbəri olan mənbə "RİA Novosti"yə bildirib. "Taxıl sazişi"nin qüvvədə olma müddəti martın 18-də başa çatır. Daha əvvəl RF XİN-dən bildiriblər ki, Qərb BMT Baş katibi Antonio Quterreşin humanitar təşəbbüsü olan "Paket"in Rusiya hissəsinin icrasını sabotaj edərək "dəfn edir". Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, "ərzaq kartını oynamağı dayandırmağın vaxtı çatıb", çünki Ukraynadan taxılın əsas hissəsi ən kasıb dövlətlərə deyil, Avropa Birliyinə dempinq qiymətləri ilə gedir. "Danışıqlar üzrə yüksək səviyyəli müzakirələr ("taxıl sazişi"nin müddətinin uzadılması ilə bağlı) gözlənilir, bu səviyyədə baxılmaq üçün konkret təkliflər və təşəbbüslər hazırlamaq lazımdır", - deyə agentliyin həmsöhbəti "taxıl sazişi ilə bağlı yüksək səviyyəli danışıqlar yenidən gözlənilirmi" sualına cavab verib". Bundan əvvəl Türkiyə və Rusiya Prezidentləri Tayyib Ərdoğan və Vladimir Putin telefon danışıqları zamanı Qara dəniz taxıl təşəbbüsünü müzakirə ediblər. Kremlin mətbuat xidmətinin məlumatına görə, Ukrayna taxılının ixracı və Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin ixracı ilə bağlı İstanbul müqavilələrinin icrasına diqqət yetirilib, "paket"in ikinci - Rusiyadan ən çox ehtiyacı olan ölkələrə müvafiq tədarükün qarşısındakı maneələrin aradan qaldırılması ilə bağlı hissəsinin vicdanla yerinə yetirilməsinin zəruriliyi vurğulanıb. "Düşünürəm ki, bəli", deyən agentliyin həmsöhbəti yüksək səviyyəli danışıqlardan sonra nəticə əldə etməyin mümkün olub-olmadığı barədə sualına cavab verib. Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. İstanbuldakı Birgə Koordinasiya Mərkəzi (BKM) gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir. Müqavilənin müddəti 2022-ci il noyabrın 18-də başa çatıb, lakin tərəflərdən hər hansı biri etiraz etməzsə, 120 gündən 18 mart tarixinə qədər avtomatik uzadılmasını nəzərdə tutulub. Rusiya Xarici İşlər Nazirliyi "belə etirazların alınmadığını" bildirib, eyni zamanda qeyd edib ki, Rusiya tərəfi Ukrayna taxılının ixracına dair "Qara dəniz təşəbbüsü"nün müddət və həcmində heç bir dəyişiklik olmadan texniki uzadılmasına icazə verir. Taxıl razılaşmasının özü, Rusiyanın ərzaq və gübrə ixracının blokdan çıxarılmasını da əhatə edən paket razılaşmasının tərkib hissəsidir, Moskva bunun tam yerinə yetirilmədiyini qeyd edib. Bununla yanaşı, BMT tərəfindən məhdudiyyətlərin qaldırılacağına dair təminatlar var idi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332647_78:0:2809:2048_1920x0_80_0_0_b226c1247faf0d37d31b3fb88d43b22f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
taxıl
"Taxıl sazişi"ndə irəliləyiş üçün yüksək səviyyəli danışıqlar gözlənilir - mənbə
17:56 03.03.2023 (Yenilənib: 17:57 03.03.2023) Bundan əvvəl Türkiyə və Rusiya Prezidentləri Tayyib Ərdoğan və Vladimir Putin telefon danışıqları zamanı Qara dəniz taxıl təşəbbüsünü müzakirə ediblər.
BAKI, 3 mart — Sputnik. Ən yüksək səviyyədə müzakirələr yolu ilə "taxıl sazişi" üzrə danışıqlarda irəliləyişə nail olmaq mümkündür və onlar gözlənilir.
Bunu danışıqlardan xəbəri olan mənbə "RİA Novosti"yə bildirib.
"Taxıl sazişi"nin qüvvədə olma müddəti martın 18-də başa çatır. Daha əvvəl RF XİN-dən bildiriblər ki, Qərb BMT Baş katibi Antonio Quterreşin humanitar təşəbbüsü olan "Paket"in Rusiya hissəsinin icrasını sabotaj edərək "dəfn edir". Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, "ərzaq kartını oynamağı dayandırmağın vaxtı çatıb", çünki Ukraynadan taxılın əsas hissəsi ən kasıb dövlətlərə deyil, Avropa Birliyinə dempinq qiymətləri ilə gedir.
"Danışıqlar üzrə yüksək səviyyəli müzakirələr ("taxıl sazişi"nin müddətinin uzadılması ilə bağlı) gözlənilir, bu səviyyədə baxılmaq üçün konkret təkliflər və təşəbbüslər hazırlamaq lazımdır", - deyə agentliyin həmsöhbəti "taxıl sazişi ilə bağlı yüksək səviyyəli danışıqlar yenidən gözlənilirmi" sualına cavab verib".
Bundan əvvəl Türkiyə və Rusiya Prezidentləri Tayyib Ərdoğan və Vladimir Putin telefon danışıqları zamanı Qara dəniz taxıl təşəbbüsünü müzakirə ediblər. Kremlin mətbuat xidmətinin məlumatına görə, Ukrayna taxılının ixracı və Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin ixracı ilə bağlı İstanbul müqavilələrinin icrasına diqqət yetirilib, "paket"in ikinci - Rusiyadan ən çox ehtiyacı olan ölkələrə müvafiq tədarükün qarşısındakı maneələrin aradan qaldırılması ilə bağlı hissəsinin vicdanla yerinə yetirilməsinin zəruriliyi vurğulanıb.
"Düşünürəm ki, bəli", deyən agentliyin həmsöhbəti yüksək səviyyəli danışıqlardan sonra nəticə əldə etməyin mümkün olub-olmadığı barədə sualına cavab verib.
Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. İstanbuldakı Birgə Koordinasiya Mərkəzi (BKM) gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir. Müqavilənin müddəti 2022-ci il noyabrın 18-də başa çatıb, lakin tərəflərdən hər hansı biri etiraz etməzsə, 120 gündən 18 mart tarixinə qədər avtomatik uzadılmasını nəzərdə tutulub. Rusiya Xarici İşlər Nazirliyi "belə etirazların alınmadığını" bildirib, eyni zamanda qeyd edib ki, Rusiya tərəfi Ukrayna taxılının ixracına dair "Qara dəniz təşəbbüsü"nün müddət və həcmində heç bir dəyişiklik olmadan texniki uzadılmasına icazə verir.
Taxıl razılaşmasının özü, Rusiyanın ərzaq və gübrə ixracının blokdan çıxarılmasını da əhatə edən paket razılaşmasının tərkib hissəsidir, Moskva bunun tam yerinə yetirilmədiyini qeyd edib. Bununla yanaşı, BMT tərəfindən məhdudiyyətlərin qaldırılacağına dair təminatlar var idi.