Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin dünya nizamını öz xeyrinə dəyişir - KİV

© Sputnik / Александр ВильфPutin
Putin  - Sputnik Azərbaycan, 1920, 03.03.2023
Abunə olmaq
Ukraynadakı münaqişənin NATO-ya görə baş verməsi Rusiyanı xarici liderlərin gözündə populyar edir.
BAKI, 3 mart — Sputnik. Prezident Vladimir Putin dünya düzənini öz xeyrinə dəyişir.
"The Spectator" nəşri bu barədə yazır.
KİV-də qeyd edilib ki, Qərb koalisiyası Ukrayna böhranı məsələsində həmrəy olsa də əvvəllər bitərəf qalan bir çox ölkələri özünə cəlb edə bilməyib.
"Afrikaya baxın. Keçən mart ayında 54 Afrika dövlətindən 25-i Qərb dövlətlərinin kütləvi təzyiqlərinə baxmayaraq, Rusiyanın "təcavüzünü" pisləyən BMT təklifinə səs vermədi və ya bitərəf qaldı. Onların birmənalı şəkildə Ukraynanın tərəfində durmaqdan imtina etməsi Rusiya diplomatik missiyalarının səylərinin bəhrə verdiyini sübut etdi", - deyə "The Spectator" yazıb.
Məqalədə deyilir ki, ABŞ və müttəfiqlərinin qlobal qarışıqlıq və qeyri-sabitliyin səbəbkarı olması fikri fəal şəkildə yayılır. "The Spectator" yazır ki, Ukraynadakı münaqişənin NATO-nun genişlənməsi ilə bağlı olması Rusiyanı xarici liderlər arasında populyar edir.
O da qeyd edilib ki, Ukrayna münaqişəsi Rusiya və Çini daha da yaxınlaşdırıb. Hazırda Pekin Rusiyadan rekord həcmdə neft və qaz alır. Nəşr yazır ki, Moskvaya səfəri zamanı Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri Van İ Çin və Rusiya arasında münasibətlərdə "yeni nailiyyətlərdən"dən danışıb və beynəlxalq ictimaiyyətin təzyiqlərinə birgə müqavimət göstərməyə səsləyib.
"Putin bildirib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının üzərindən xətt çəkir. Onun sözlərinə görə, Rusiya müasir dünyada ciddi şəkildə təcrid oluna bilməz", - deyə məqalə müəllifi sözünü yekunlaşdırıb.
Xəbər lenti
0