https://sputnik.az/20230303/ermeni-terefi-qarabagda-kecirilen-gorus-barede-aciqlama-verib-452362797.html
Erməni tərəfi Qarabağda keçirilən görüş barədə açıqlama verib
Erməni tərəfi Qarabağda keçirilən görüş barədə açıqlama verib
Sputnik Azərbaycan
Azərbaycanın Qarabağ bölgəsində yaşayan separatçılar keçirilmiş görüş barədə öz versiyalarını irəli sürüblər. 03.03.2023, Sputnik Azərbaycan
2023-03-03T19:40+0400
2023-03-03T19:40+0400
2023-03-03T19:45+0400
qarabağ
xankəndi
danışıqlar
görüş
https://cdnn1.img.sputnik.az/img/41069/08/410690803_0:318:3076:2048_1920x0_80_0_0_5634358fffe7a763380516e15a492926.jpg
BAKI, 3 mart — Sputnik. Erməni tərəfi Azərbaycanın Qarabağ bölgəsindəki sülhməramlı kontingentin komandanı, general-mayor Andrey Volkovun iştirakı ilə keçirilən görüşdə Qarabağın erməni icması və Azərbaycan nümayəndələri arasında aparılan danışıqların təfərrüatlarını açıqlayıb. Bu barədə Sputnik Ermənistan məlumat yayıb. Məlumata görə, iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib: "Qarabağa təbii qazın fasiləsiz verilməsinin təmin edilməsi və qaz təchizatında növbəti fasilələrin qarşısının alınması; mütəxəssislər tərəfindən təmir işlərinin aparılması və Qarabağın enerji təchizatının bərpası məqsədilə Ermənistandan daxil olan və Azərbaycan silahlı qüvvələrinin nəzarəti altında olan yeganə yüksək gərginlikli xəttin yoxlanılması imkanının təmin edilməsi; Azərbaycanın ixtisaslaşmış qrupu tərəfindən "Kaşe"n və "Drmbon" mədənlərinin ərazisində bir dəfəlik vizual monitorinqin keçirilməsi; Xankəndi-Gorus avtomobil yolunun tam açılışı". Bildirilir ki, görüş zamanı həmçinin tərəflər arasında sabit qarşılıqlı əlaqə mexanizminin formalaşdırılmasına dair razılıq əldə olunub. Samvel Şahramanyan isəə Qarabağda yaşayan erməni millətindən olan şəxslər tərəfdən danışıqlar qrupunun rəhbəridir. Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. AZƏRTAC xəbər verir ki, bu məqsədlə martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət, təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib. Görüşdə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar davam etdiriləcək. İctimaiyyətə əlavə məlumat veriləcək.
https://sputnik.az/20230301/azerbaycanin-qarabagda-yasayan-ermeni-sakinlerle-temaslar-uzre-mesul-sexsi-mueyyen-edilib-452272861.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41069/08/410690803_345:0:3076:2048_1920x0_80_0_0_44b057150f4cc192de2adb3a2d9713e0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xankəndi, danışıqlar, görüş
xankəndi, danışıqlar, görüş
Erməni tərəfi Qarabağda keçirilən görüş barədə açıqlama verib
19:40 03.03.2023 (Yenilənib: 19:45 03.03.2023) Azərbaycanın Qarabağ bölgəsində yaşayan separatçılar keçirilmiş görüş barədə öz versiyalarını irəli sürüblər.
BAKI, 3 mart — Sputnik. Erməni tərəfi Azərbaycanın Qarabağ bölgəsindəki sülhməramlı kontingentin komandanı, general-mayor Andrey Volkovun iştirakı ilə keçirilən görüşdə Qarabağın erməni icması və Azərbaycan nümayəndələri arasında aparılan danışıqların təfərrüatlarını açıqlayıb.
Bu barədə
Sputnik Ermənistan məlumat yayıb.
Məlumata görə, iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib: "Qarabağa təbii qazın fasiləsiz verilməsinin təmin edilməsi və qaz təchizatında növbəti fasilələrin qarşısının alınması; mütəxəssislər tərəfindən təmir işlərinin aparılması və Qarabağın enerji təchizatının bərpası məqsədilə Ermənistandan daxil olan və Azərbaycan silahlı qüvvələrinin nəzarəti altında olan yeganə yüksək gərginlikli xəttin yoxlanılması imkanının təmin edilməsi; Azərbaycanın ixtisaslaşmış qrupu tərəfindən "Kaşe"n və "Drmbon" mədənlərinin ərazisində bir dəfəlik vizual monitorinqin keçirilməsi; Xankəndi-Gorus avtomobil yolunun tam açılışı".
İddia olunur ki, bütün yuxarıda sadalanan məsələlərin müzakirəsi nəticəsində konkret razılıqlar əldə olunub: "Belə ki, bu barədə rəsmi Bakının nümayəndələri yuxarı instansiyalara hesabat verməyi, yaxın günlərdə isə sülhməramlı kontingent vasitəsilə nəticələr barədə erməni icmasını məlumatlandırmağı öhdəsinə götürüb".
Bildirilir ki, görüş zamanı həmçinin tərəflər arasında sabit qarşılıqlı əlaqə mexanizminin formalaşdırılmasına dair razılıq əldə olunub. Samvel Şahramanyan isəə Qarabağda yaşayan erməni millətindən olan şəxslər tərəfdən danışıqlar qrupunun rəhbəridir.
Erməni tərəfi iddia edir ki, "martın 1-də Rusiya sülhməramlı qüvvələrinin komandanı Volkovun rəhbərlik etdiyi görüşdə Qarabağın erməni icması və Azərbaycan nümayəndələrinin Qarabağın erməni sakinlərinin Azərbaycana "reinteqrasiya məsələlərini" müzakirə etdiyi barədə deyilənlər yalandır. Tərəflərin rəsmi nümayəndələrinin növbəti görüşünün Rusiya sülhməramlı qüvvələrinin iştirakı olmadan "Gəncədə və ya Ağdamda baş tuta biləcəyi" barədə bəyanatlar da yalandır".
Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.
Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət, təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.
Görüşdə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.
Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar davam etdiriləcək. İctimaiyyətə əlavə məlumat veriləcək.