Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN başçısının müavini: İndi Qoşulmama Hərəkatı xüsusi əhəmiyyət kəsb edir

© Sputnik / Nina Zotina / Mediabanka keçidSergey Verşinin
Sergey Verşinin  - Sputnik Azərbaycan, 1920, 02.03.2023
Abunə olmaq
Verşininin fikrincə, postpandemiya dövründə qarşılıqlı faydalı inkişafda maraqlı olan hər kəslə dialoqa qayıtmaq lazımdır və məhz bu ölkələr Qoşulmama Hərəkatına daxildir.
BAKI, 2 mart - Sputnik. “İndiki şəraitdə Qoşulmama Hərəkatı xüsusi əhəmiyyət kəsb edir”.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı deyib.
O, bu sammiti təşkil etdiyinə görə Azərbaycana təşəkkürünü bildirib.
“Pandemiya dünyanın bütün ölkələrinə təsir edib və biz bunu hiss edirik”, - S.Verşinin deyib.
O əlavə edib ki, dünyada aclıq çəkən insanların sayı artıb: “3 milyarddan çox insan normal qidalana bilmir”.
Rusiya xarici işlər nazirinin müavini Qərb dövlətlərinin BMT-ni zəiflətdiyini vurğulayıb: “Əminik ki, postpandemiya dövründə sonrakı inkişaf üçün qarşılıqlı faydalı inkişafda maraqlı olan hər kəslə dialoqa qayıtmaq lazımdır. Məhz bu ölkələr Qoşulmama Hərəkatına daxildir”.
Xəbər lenti
0