https://sputnik.az/20230302/rusiya-cavab-vermeye-mecbur-olacaq---ryabkov-452313061.html
Rusiya cavab verməyə məcbur olacaq - Ryabkov
Rusiya cavab verməyə məcbur olacaq - Ryabkov
Sputnik Azərbaycan
Rusiya xarici işlər nazirinin müavini bildirib ki, Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi ətrafında yaranmış vəziyyət Moskvada artan narahatlığa... 02.03.2023, Sputnik Azərbaycan
2023-03-02T18:35+0400
2023-03-02T18:35+0400
2023-03-02T18:35+0400
sergey ryabkov
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e7/02/09/451584557_0:0:1574:886_1920x0_80_0_0_8ffc624caba8f1f626941fa3c26b56f3.jpg
BAKI, 2 mart — Sputnik. ABŞ nüvə sınaqları keçirmək qərarına gəlsə, Rusiya cavab verməyə məcbur olacaq. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. "Əgər ABŞ yenə də belə bir addım atmaq qərarına gəlsə və nüvə sınaqları keçirən ilk ölkə olsa, biz adekvat cavab verməyə məcbur olacağıq. Heç kimdə qlobal strateji paritetin məhv edilə biləcəyi ilə bağlı təhlükəli illüziyalar olmamalıdır", - Ryabkov Cenevrədəki Silahsızlanma Konfransının sessiyasında deyib. O qeyd edib ki, Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi ətrafında yaranmış vəziyyət Moskvada artan narahatlığa səbəb olur. "Mövcud olduğu əsrin dörddə birindən artıq müddətdə Müqavilənin qüvvəyə minməməsinə görə məsuliyyət əslində onu ratifikasiya etməkdən qətiyyətlə imtina edən və sınaqları bərpa etmək üçün açıq-aşkar mövqe nümayiş etdirən ABŞ-ın üzərinə düşür. Biz baş verənlərə biganə qala bilmərik", - Rusiya Federasiyasının xarici işlər nazirinin müavini əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/09/451584557_106:0:1522:1062_1920x0_80_0_0_1b8e299cf5bd647869da410457ea34e6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sergey ryabkov
Rusiya cavab verməyə məcbur olacaq - Ryabkov
Rusiya xarici işlər nazirinin müavini bildirib ki, Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi ətrafında yaranmış vəziyyət Moskvada artan narahatlığa səbəb olur.
BAKI, 2 mart — Sputnik. ABŞ nüvə sınaqları keçirmək qərarına gəlsə, Rusiya cavab verməyə məcbur olacaq. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
"Əgər ABŞ yenə də belə bir addım atmaq qərarına gəlsə və nüvə sınaqları keçirən ilk ölkə olsa, biz adekvat cavab verməyə məcbur olacağıq. Heç kimdə qlobal strateji paritetin məhv edilə biləcəyi ilə bağlı təhlükəli illüziyalar olmamalıdır", - Ryabkov Cenevrədəki Silahsızlanma Konfransının sessiyasında deyib.
O qeyd edib ki, Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi ətrafında yaranmış vəziyyət Moskvada artan narahatlığa səbəb olur.
"Mövcud olduğu əsrin dörddə birindən artıq müddətdə Müqavilənin qüvvəyə minməməsinə görə məsuliyyət əslində onu ratifikasiya etməkdən qətiyyətlə imtina edən və sınaqları bərpa etmək üçün açıq-aşkar mövqe nümayiş etdirən ABŞ-ın üzərinə düşür. Biz baş verənlərə biganə qala bilmərik", - Rusiya Federasiyasının xarici işlər nazirinin müavini əlavə edib.