https://sputnik.az/20230302/resetnikov-tacikistanin-da-avrasiya-qtisadi-ttifaqina-qosulmaq-vaxti-catib-452312915.html
Reşetnikov: Tacikistanın da Avrasiya İqtisadi İttifaqına qoşulmaq vaxtı çatıb
Reşetnikov: Tacikistanın da Avrasiya İqtisadi İttifaqına qoşulmaq vaxtı çatıb
Sputnik Azərbaycan
Reşetnikov həmçinin bildirib ki, Rusiya Federasiyası və Tacikistanın sənaye sektorunda və ticarətdə birgə layihələrin icrasına marağı artır. 02.03.2023, Sputnik Azərbaycan
2023-03-02T22:10+0400
2023-03-02T22:10+0400
2023-03-02T22:10+0400
sənaye
rusiya
avrasiya iqtisadi ittifaqı
tacikistan
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1b/447921296_0:136:3157:1912_1920x0_80_0_0_42e490f5301f35075d0f2e43ee372902.jpg
BAKI, 2 mart — Sputnik. Tacikistan və Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında əməkdaşlığı gücləndirmək üçün ən yaxşı vaxt yetişib. Bunu Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov Düşənbədə Rusiya-Tacikistan İşgüzar Şurasının iclasında deyib. Rusiyalı nazir bildirib ki, Tacikistan burada real layihələrdə iştirak edə və pul qazana bilər. Reşetnikov həmçinin bildirib ki, Rusiya Federasiyası və Tacikistanın sənaye sektorunda və ticarətdə birgə layihələrin icrasına marağı artır. Onun sözlərinə görə, ötən il ticarət dövriyyəsi 1,4 milyard dollardan çox artıb, ümumilikdə 1,6 milyard dollar həcmində sərmayə qoyuluşu ilə 300-dən çox investisiya layihəsi həyata keçirilir. Nazir onu da bildirib ki, kənd təsərrüfatı, energetika, sənaye və təhsil sahələrində layihələr uğurla həyata keçirilir. "Biz qurulmuş əlaqələri, qarşılıqlı anlaşmanı və əldə edilmiş nəticələri yüksək qiymətləndiririk", - nazir bildirib. O, Rusiya və Tacikistan arasında regionlararası əməkdaşlığa dair konfransa 130-dan çox iş adamını cəlb edən Biznes Şurasının uğurlu fəaliyyətini qeyd edib. "Mən bu gün əlverişli biznes mühitinin yaradılması və əməkdaşlığın sistemli vəzifələrini müzakirə etməyi təklif edirəm", - Reşetnikov bildirib. Aİİ-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya Federasiyası daxildir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1b/447921296_213:0:2944:2048_1920x0_80_0_0_bd8b7afd385abd697a6f46f4499f7de3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sənaye, avrasiya iqtisadi ittifaqı, tacikistan
sənaye, avrasiya iqtisadi ittifaqı, tacikistan
Reşetnikov: Tacikistanın da Avrasiya İqtisadi İttifaqına qoşulmaq vaxtı çatıb
Reşetnikov həmçinin bildirib ki, Rusiya Federasiyası və Tacikistanın sənaye sektorunda və ticarətdə birgə layihələrin icrasına marağı artır.
BAKI, 2 mart — Sputnik. Tacikistan və Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında əməkdaşlığı gücləndirmək üçün ən yaxşı vaxt yetişib. Bunu Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov Düşənbədə Rusiya-Tacikistan İşgüzar Şurasının iclasında deyib.
Rusiyalı nazir bildirib ki, Tacikistan burada real layihələrdə iştirak edə və pul qazana bilər.
Reşetnikov həmçinin bildirib ki, Rusiya Federasiyası və Tacikistanın sənaye sektorunda və ticarətdə birgə layihələrin icrasına marağı artır. Onun sözlərinə görə, ötən il ticarət dövriyyəsi 1,4 milyard dollardan çox artıb, ümumilikdə 1,6 milyard dollar həcmində sərmayə qoyuluşu ilə 300-dən çox investisiya layihəsi həyata keçirilir.
Nazir onu da bildirib ki, kənd təsərrüfatı, energetika, sənaye və təhsil sahələrində layihələr uğurla həyata keçirilir.
"Biz qurulmuş əlaqələri, qarşılıqlı anlaşmanı və əldə edilmiş nəticələri yüksək qiymətləndiririk", - nazir bildirib.
O, Rusiya və Tacikistan arasında regionlararası əməkdaşlığa dair konfransa 130-dan çox iş adamını cəlb edən Biznes Şurasının uğurlu fəaliyyətini qeyd edib.
"Mən bu gün əlverişli biznes mühitinin yaradılması və əməkdaşlığın sistemli vəzifələrini müzakirə etməyi təklif edirəm", - Reşetnikov bildirib.
Aİİ-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya Federasiyası daxildir.